manera.az
manera.az

Dünya özü elə bir dinmiş... - Şeirlər

📅 26.11.2019 11:39

Dünya özü elə bir dinmiş... - Şeirlər
***
Vallah , dünya özü elə bir dinmiş..
Kimdir adı , Nədir adı dünyanın ,
Vaxtı kişi , Vaxtı qadın dünyanın .
Çıxım gedim , tanımadım dünyanı ,
bir bilirəm qarnı üstə sürünür .

Çöldən içə , içdən çölə bir dinmiş ,
Hər axşamın , günün dilə , bir dinmiş ,
Vallah , dünya özü elə bir dinmiş ,
yarı göydə , yarı yerdə sürünür .

Gecəsindən Ay çəkməyir gözünü ,
Harda saldı , harda tapdı özünü ?
Deyim , ömür verməz haqda düzünü ,
nəyə gəldi , kimə gəldi bürünür .

...Tövrat , İncil , Büt , Quranın içində ,
Söz - söhbətin , Vur - Vurranın içində ,
Özü qalıb quru qanın içində ,
Tanrıdırsa ,artıq , yeri görünür !

Hikmət Nikbin , arabaya qoş , gedir ,
Bu halıyla xarabaya xoş gedir ,
Toz - dumana , yüz gümana tuş gedir ,
Çobandırsa , hara sürür sürünü ?



***
Doğulmayan qardaşlarım ,
doğulmayan bacılarım ,
bu dünyada quşlar
dimdiyində qaçırır gecələri !
Bu dünyada günortalar
saat belində ayılır.

Doğulmayan qardaşlarım ,
doğulmayan bacılarım ,
günəş yerdən , yerdən qaçıb göy üzünə !
Olub ana , olub bacı göy üzünə !

Məni ağaclar danışır burada ,
Məni nağıllar danışır burada .

Doğulmayan qardaşlarım ,
doğulmayan bacılarım ,
Tanrını tanıyırsızmı ?

Hikmət NİKBİN


Baxış sayı - 1 438 | Yüklənmə tarixi: 26.11.2019 11:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031