manera.az
manera.az

Türkiyədə Mövlanəni anma mərasimləri keçirilir

📅 08.12.2020 10:15

Türkiyədə Mövlanəni anma mərasimləri keçirilir
Türkiyədə hər il təntənəli şəkildə beynəlxalq tədbirlərlə qeyd edilən Mövlanə Cəlaləddin Ruminin anım mərasimləri bu il COVID-19 tədbirləri çərçivəsində keçirilir.

Manera.az xəbər verir ki, anım mərasimləri çərçivəsində ilk tədbir Türkiyənin Konya vilayətində Türk Təsəvvüf Musiqisi üzvlərinin konsert proqramı ilə reallaşıb.

Tamaşaçısız keçirilən tədbirdə yalnız Türkiyənin bir sıra dövlət rəsmiləri və Mövlanənin 22-ci nəsil nəvəsi Esin Çələbi iştirak edib. Tədbirlər dekabrın 17-dək davam edəcək.

Qeyd edək ki, bu il 747-ci anma mərasimi keçirilən Mövlanə Cəlaləddin Rumi tolerantlığın, barışın və dözümlülüyün simvolu hesab edilir. Bir din alimi olan həzrəti Mövlanənin əsl adı Məhəmməd Cəlaləddindir.

Ömrünün böyük hissəsini Konyada yaşayan Mövlanənin məzarı da bu şəhərdədir.


Baxış sayı - 503 | Yüklənmə tarixi: 08.12.2020 10:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031