manera.az
manera.az

“Dünyanın Zeynəbi” Türkiyədə konsert verəcək

📅 29.11.2017 23:35

“Dünyanın Zeynəbi” Türkiyədə konsert verəcək
Dünya şöhrətli müğənnimiz, SSRİ Xalq Artisti Zeynəb Xanlarova gələn il Türkiyədə geniş konsert proqramı ilə çıxış edəcək.

MANERA.AZ xəbər verir ki, konsert 2018-ci il martın 17 və 18-də İstanbulda baş tutacaq.

Qeyd edək ki, Türkiyədə Zeynəb Xanlarovanın sənətinə yüksək qiymət verilir. Ona Ankara Jurnalistlər Birliyi tərəfindən “İlin sənətçisi”, Türk Basın Birliyi tərəfindən isə “Basın və başarı” mükafatları verilib. “Dünyanın Zeynəbi” adlandırılan sənətkar dəfələrlə qardaş Türkiyədə olub, əvəzsiz ifaları və mahnıları ilə ürəklərdə silinməz izlər qoyub.


Baxış sayı - 1 282 | Yüklənmə tarixi: 29.11.2017 23:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930