manera.az
manera.az

“Fourplay” caz kvarteti konsert verib - BAKIDA | MANERA.AZ

📅 28.10.2015 10:18

 “Fourplay” caz kvarteti konsert verib - BAKIDA | MANERA.AZ

Amerikanın məşhur “Fourplay” caz kvarteti Heydər Əliyev Saraynda çıxış edib. Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində keçirilən konsert bu musiqi kollektivinin 25 illiyinə həsr edilib.

“Fourplay” kvarteti “smooth jazz” üslubunda çıxış edən parlaq qruplardan biridir.

Kollektiv 25 illik uğurlu fəaliyyəti nəticəsində geniş tamaşaçı auditoriyası tərəfindən tanınıb və böyük kommersiya uğuru əldə edib.

1990-cı ildə yaradılmış qrup dünya musiqisevərlərinin diqqətini cəlb edən albomlar buraxır, qastrollara gedir və caz festivallarında çıxış edir.

“Fourplay” kvarteti bir neçə nominasiyada “Grammy Awards”, habelə musiqi industriyasının inkişafına verdiyi mühüm töhfəyə görə ABŞ-ın “Congressional Record” fəxri mükafatına layiq görülüb.

Kvartet konsertdə müxtəlif illərin albomlarından əsərlər ifa edib.


Baxış sayı - 1 542 | Yüklənmə tarixi: 28.10.2015 10:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930