manera.az
manera.az

Azərbaycan yazıçısından məşhur rus aparıcılara cavab: Təcavüzkar ölkə cəzalandırılmalıdır

Azərbaycan yazıçısından məşhur rus aparıcılara cavab: Təcavüzkar ölkə cəzalandırılmalıdır
Azərbaycan yazıçısı Kamran Nəzirli Rusiya telekanallarının məşhur aparıcılarına cavab verib.

Manera.az xəbər verir ki, Azərbaycan yazıçısı Kamran Nəzirli öz facebook səhifəsində Rusiya telekanallarının məşhur aparıcıları Vladimir Solovyova və Artyom Şeyninə Azərbaycana qarşı dəfələrlə qərəzli mövqe nümayiş etdirdiklərinə görə cavab verib.

Yazıçımız son günlər Rusiya jurnalistlərinin Azərbaycanın haqlı və ədalətli işinə kölgə salan bəyanatlarını tənqid edərək bildirir ki, Dağlıq Qarabağ və ona bitişik geniş əraziləri erməni işğalçıları zəbt ediblər və o ərazilər Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Cavabda daha sonra deyilir:

“Cənab Solovyov və Şeynin! Uzun müddətdir ki, Ermənistanın silahlı qüvvələri və özünü qondarma Dağlıq Qarabağ respublikası elan etmiş və heç yerdə tanınmayan bir qurumun silahlı dəstələri Azərbaycanın dinc əhalisinə qarşı insanlığa qarşı ən qəddar şəkildə genosid siyasəti aparır. Təkcə 1992-ci ilin 26 fevralına keçən gecə Xocalıda 600-dən çox Azərbaycanlı qadın, uşaq, qoca erməni quldurları tərəfindən qətlə yetirilib. Siz də bilirsiniz, cənab Solovyov və Şeynin, Xocalı qətliamında rus ordusunun “şanlı” 366-cı motoatıcı polkunun yaramaz oğlanları da fəal iştirak edib. Və iki həftədən sonra polk rüsvay olaraq ləğv edildi. Lakin bununla qətlə yetirilən insanlarımızı geri qaytarmaq olmaz! Bunu deyəsən yaddan çıxartmısınız? Bəlkə yenə Rusiyada populyar olan “təkrar edə bilərik!” kimi şüarı qışqıracaqsınız, hə?

Siz başqa bir faktı da yəqin unutmamısınız: 1994-cü ildə razılığa gəlinən atəşkəs heç vəchlə demək deyil ki, qondarma “Arçax”ın müstəqilliyi tanınır! Dağlıq Qarabağdakı hər cür münaqişə Azərbaycan torpağında baş verir və Azərbaycanın daxili işidir.”

Daha sonra Azərbaycan yazıçısı cavab məktubunda yazır: ”Biz problemin həlli istiqamətində xaricdən göstərilən səyləri dəstəkləyirik, lakin bunu da xüsusi vurğulayırıq: bizi güzəştə getməyə məcbur edən hər hansı bir xarici təzyiq Azərbaycanın daxili işlərinə kobud şəkildə qarışmaq deməkdir. Bu, yolverilməzdir!”

“...1988-ci ildən başlayaraq yüz minlərlə azərbaycanlı öz doğma ocaqlarını tərk etməyə məcbur ediliblər, erməni quldurları tərəfindən şəhərlər, kəndlər dağıdılıb, xarabaya çevrilib. Biz artıq erməni silahlı qüvvələrinin daimi təxribatlarından yorulmuşuq.

Cənab Solovyov və Şeynin, sizə bu da məlumdur: qondarma respublikanın daxilindəki hər hansı bir silahlı dəstə terrorçu qruplaşması sayılır! Elə siz də bir vaxtlar Moskvanın nəzarətindən çıxan Basayevin və Raduyevin dəstələrini belə adlandırırdınız! Siz indi çeçen silahlı dəstələrinin zərərsizləşdirilməsi ilə fəxrlə danışırsınız. Bəs niyə erməni terrorçu dəstələrinə qarşı bizim savaşımız sizi narahat edir?”

“...Yaxın günlərdə Azərbaycan Ordusu öz ərazisini - Dağlıq Qarabağı quldur və terrorçulardan təmizləyəcək.”,- deyə yazıçı bildirir.”Bizim səbr kasamız daşıb. Sülh danışıqları artıq yaramır. Axı bundan sonra nə qədər azərbaycanlı həlak olmalıdır ki, dünya başa düşsün: bu azğınlarla yalnız silah gücüylə danışılmalıdır!”

Ermənistanın təcavüzkar ölkə olduğunu bilirsinizmi? Təcavüzkar ölkə cəzalandırılmalıdır...

Düşünün, daşının: Rusiya özünə dost ölkə olan Azərbaycanın yanında olmalıdır, yoxsa region üçün tamam problem yaradan və terrorçuluqla məşğul olan Ermənistanın? Əgər nə bizim, nə də Ermənistanın yanında olmaq istəmirsinizsə, onda sadəcə mane olmayın...” cavab məktubunun sonu bu sözlərlə bitir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031