manera.az
manera.az

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsi başlayır

📅 19.09.2020 14:20

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsi başlayır
Sentyabrın 18-i saat 18:00-da ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsinə start verilib.

Manera.az xəbər verir ki, hazırkı yerləşdirmə mərhələsinə ümumilikdə 4525 vakant yer (o cümlədən 1242 yeni yaranan vakansiya) çıxarılacaq.

Əlavə yerləşdirmədə iştirak etmək istəyən namizədlər 20 sentyabr saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.


Baxış sayı - 639 | Yüklənmə tarixi: 19.09.2020 14:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930