manera.az
manera.az

Ordum varsa, yurdum var - Günün şeiri

Ordum varsa, yurdum var - Günün şeiri
26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür.

Ordum varsa, yurdum var

Mənə ordu gərəkdir, xəstəyə dərman kimi,
Mənə ordu gərəkdir, nəfəs kimi, can kimi.
Mənə ordu gərəkdir, sarsılmaz cahan kimi.
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

Düşmənin yuvasını əlimlə pozmalıyam.
Səngəri dırnağımla, dişimlə qazmalıyam.
Tarixi qələmlə yox, qanımla yazmalıyam,
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

Gözlər od, əllər silah, canlar sipər olmalı,
Kirpiyimiz sıxılmış yurda çəpər olmalı,
Damarda qan coşmalı, canda təpər olmalı,
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

Bizə od vuranları yandırıb-yaxan gərək,
Torpağı gözümüz tək qoruyub baxan gərək,
Qəzəb dolu tüfəngəm, çaxmağı çaxan gərək,
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

Torpağa sahib olub yer üstə yerləşməsək,
Bir canda, bir ürəkdə, bir ruhda birləşməsək,
Millətin taleyini dürüst fikirləşməsək,
Özgələrdən bizlərə dırnaq qədər yardım yox.
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

İnamsız bir qartalın qanadları gərilməz,
Döyüşsüz azadlığın meyvələri dərilməz,
Şəhidsiz bir millətin vətən ruhu dirilməz,
Oğullar ola-ola, necə deyim mərdim yox.
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

Nə Tanrıdan əl üzüb,nə haqdan küsmək gərək,
Qan içən yağılarla hüsabı kəsmək gərək,
Vətənin hər daşının üstündə əsmək gərək,
Bu gün desəm gec olar,bu an tələsmək gərək,
Bu gün mənim həyatda bundan böyük dərdim yox,
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

Zəlimxan Yaqub
Xalq şairi
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31