manera.az
manera.az

MİQ üçün sənəd qəbulunun vaxtı müəyyənləşdi - RƏSMİ

📅 04.06.2019 17:56

MİQ üçün sənəd qəbulunun vaxtı müəyyənləşdi - RƏSMİ
Dövlət ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün elektron sənəd qəbulu iyunun 24-də başlayacaq.

Manera.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini Murad Camalzadə mayın 31-də media nümayəndələri üçün təlimdə deyib.

Onun sözlərinə görə, sənəd qəbulu 10 gün davam edəcək:

“Müsabiqənin aktiv mərhələsi avqustun 26-da başa çatacaq. Ötən il ölkədə 39 137 şəxs test imtahanı mərhələsində iştirak edib”.

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə sənəd qəbulunun vaxtı da açıqlanıb.

M.Camalzadə deyib ki, müsabiqəyə sənəd qəbulu iyunun 3-də başlayacaq:

“Ərizə qəbulu iyunun 10-dək aparılacaq, ümumilikdə proses iyunun 24-nə kimi davam edəcək”.

MANERA.AZ


Baxış sayı - 1 187 | Yüklənmə tarixi: 04.06.2019 17:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031