manera.az
manera.az

Bu ərazilərdə ən sərt karantin rejimi tətbiq edildi - Təcili

📅 04.06.2020 10:52

Bu ərazilərdə ən sərt karantin rejimi tətbiq edildi - Təcili
Koronavirus pandemiyasından minimum itkilərlə çıxmaq üçün karantin rejiminin sərtləşdirilməsinə dair qərar qəbul edilib.

Manera.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında açıqlayıb.

Qərara əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.

Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir.

Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə həmin bölgələrdə də təkrarən tətbiq olunacaqdır.

Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunmuşdur.


Baxış sayı - 718 | Yüklənmə tarixi: 04.06.2020 10:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031