manera.az
manera.az

Azərbaycan İlahiyyat İnstitutuna yeni rektor təyin edilib

📅 12.05.2020 11:39

Azərbaycan İlahiyyat İnstitutuna yeni rektor təyin edilib
Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutuna yeni rektor təyinatı ilə bağlı sərəncam imzalayıb.

Manera.az xəbər verir ki, sərəncamla Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib.

Qeyd edək ki, ingilis, ərəb, fars, rus və türk dillərini bilən Aqil Şirinovun 6 kitabı (biri müəllif digərləri həmmüəllif), 2-si xaricdə olmaqla 20-dən çox məqaləsi, ikisi xaricdə olmaqla 8 tezisi nəşr olunub.

2007-ci ildə “Nəsirəddin Tusinin varlıq və tanrı anlayışı (Nasiruddin Tusi’de Varlık ve Uluhiyyet)” adlı dissertasiya mövzusunu müdafiə edərək ilahiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.


Baxış sayı - 777 | Yüklənmə tarixi: 12.05.2020 11:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031