manera.az
manera.az

“Sarı gəlin” xalq mahnısı ifa ediləcək

📅 08.05.2020 13:32

“Sarı gəlin” xalq mahnısı ifa ediləcək
Latviyanın məşhur violençel triosu “Melo-M” (http://www.melo-m.lv/lv/) CBC televiziya kanalı, “Mədəniyyət” TV, Macarıstan, Latviya, Moldova, Özbəkistan və digər ölkələrin səfirliklərinin birgə təşəbbüsü ilə yaradılan layihə çərçivəsində “Sarı gəlin” xalq mahnısını ifa edəcək.

Bu barədə Latviyanın ölkəmizdəki səfirliyindən bildirilib.

Layihənin məqsədi Azərbaycan Respublikasına və onun vətəndaşlarına koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə həmrəylik göstərməkdir.

Bildirilib ki, bu baxımdan Latviyanın violençel triosu tərəfindən ifa olunacaq “Sarı gəlin” xalq mahnısı Azərbaycan xalqına əla bir töhfədir.

2005-ci ildə yaradılan “Melo-M” triosunun indiyədək 5 albomu buraxılıb. “Melo-M” materialları seçərkən çox fərqli olmağa meyillidir- pop, rok, xalq və dünya klassik və müasir janrlara müraciət edir. Bir çox dünya şöhrətli sənətkarlarla əməkdaşlıq edən qrup bir çox ölkələrdə konsert proqramları ilə çıxış edərək tanınır.


Baxış sayı - 789 | Yüklənmə tarixi: 08.05.2020 13:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930