manera.az
manera.az

Bakı Beynəlxalq Caz Festivalının proqramı

Bakı Beynəlxalq Caz Festivalının proqramı
Oktyabrın 14-dən 28-dək Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalının proqramı zəngindir. Festivalın konsert proqramları Beynəlxalq Muğam Mərkəzində və Rotunda Caz Klubunda təşkil olunacaq.

MANERA.AZ festivalın saytına istinadla xəbər verir ki, oktyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində gitaraçı, Azərbaycanın Əməkdar artisti Həsən Bağırov (Sankt-Peterburq), pianoçu cazmen Leonid Ptaşka (İsrail) çıxış edəcəklər. Oktyabrın 16-da Rotunda Caz Klubunda saksofon ifaçısı Uve Ştaynmetsin (Almaniya), ayın 19-da müğənni Laura Poldverenin (Estoniya), 20-də Jan Şole triosunun (Fransa), 21-də İsveçin musiqi qrupunun konserti olacaq.

Azərbaycan Cazı Günündə – oktyabrın 22-də Rotunda Caz Klubunda Elvin Bəşirov qrupu konsert proqramı ilə çıxış edəcək. Rotunda Caz Klubunda oktyabrın 23-də Can Cankaya və Kağan Yıldız (Türkiyə), 24-də Martin Salemi triosu (Belçika), 25-də Helge Lien triosu (Norveç), 26-da Maykl Pipoquinha (Braziliya), 27-də Ruben Hein triosunun (Belçika) konsert verəcəklər. Festivala oktyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində ABŞ-dan olan musiqiçilər Qreqori Maretin və Kristi Daşiyelin çıxışı ilə yekun vurulacaq.

Qeyd edək ki, festival çərçivəsində oktyabrın 15-dən 18-dək Bakıda Beynəlxalq Caz Müsabiqəsi də keçiriləcək.

Bakı Caz Festivalı 2017-ci ildən "European Jazz Network” təşkilatının üzvüdür.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031