manera.az
manera.az

Tanınmış yazıçı koronavirusdan vəfat edib

📅 18.04.2020 12:13

Tanınmış yazıçı koronavirusdan vəfat edib
Çili yazıçısı Luis Sepulveda koronavirusdan vəfat edib.

Manera.az xəbər verir ki, tanınmış yazıçı İspaniyanını şimalında Oviedo şəhərindəki xəstəxanada dünyasını dəyişib.

Ömrünün çox hissəsini Avropada mühacirətdə keçirən, əsərləri ölkəsində və kənarda ən çox satılan çilili müəllif Sepulveda Portuqaliyada keçirilən kitab festivalından qayıtdıqdan sonra onda COVID-19-un simptomları aşkar olunub.

Yazıçı fevralın 25-də xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, yazıçının "Eşq romanları oxuyan qoca" romanını Əyyub Qiyas dilimizə tərcümə edib.


Baxış sayı - 817 | Yüklənmə tarixi: 18.04.2020 12:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930