manera.az
manera.az

Aydın Kazımzadənin yubileyi keçiriləcək

📅 14.02.2020 07:08

Aydın Kazımzadənin yubileyi keçiriləcək
Fevralın 18-də Azərbaycan Dövlət Film Fondunda, görkəmli kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Bu barədə Manera.az-a Dövlət Film Fondunun direktor müavini Rəşad Qasımov məlumat verib.

Onun sözlərinə görə, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşacaq.

Tədbir çərçivəsində Aydın Kazımzadənin həyat və fəaliyyətindən, o cümlədən Azərbaycan kinosunun tədqiqində və tarixinin öyrənilməsində müstəsna xidmətlərindən danışılacaq.

Tədbirdə hər kəsin iştirak etmək imkanı var.


Baxış sayı - 581 | Yüklənmə tarixi: 14.02.2020 07:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031