İlin iddialı debütləri

2019-cu ildə dünya ədəbiyyatına debüt romanları ilə səs salmış və 20 ildir ki, yazırlarmış kimi kitabsevərlərin könlündə taxt qurmuş Selli Runi və Cessi Börtn debutantlar üçün əsl ilham mənbəyinə çevrilib.
"Guardian” xəbər verir ki, artıq ilk kitabının təsdiq məktubunu almış yeni yazarlar arasında Selli və Cessini tanımayan, özünə onlarınkı kimi şanslı cığır arzulamayan yoxdur. Təbii ki, debüt romanların nəşrinə birbaşa redaktor heyəti – kitab sıxlığına uyğun – qərar verir.
Yaz birmənalı şəkildə əsl yeni başlanğıclar fəsli olduğundan, adətən, debüt əsərlərin nəşri bu mövsümə təsadüf edir. Bəs, bu ilin iddialı debutantları arasında kimlər var? – Həkim, şair, jurnalist, aktyor və s. Bəli, bu il kitabsevərləri rəngli hekayələr gözləyir. Siyahıda yer alan müəlliflər geniş auditoriyaya məlum olmasa da, müxtəlif dərgilərdə istedadlarını göstərmiş müəlliflərdir.
Bu il siyahılarda kimlərə rast gələcəyik?!
· Paul Mendez – "Göyqurşağı südü” ("Rainbow milk”)
· Abi Deyr – "Yüksələn səsli qız” ("The girl with the louding voice”)
· Dipa Anappara – "Jin Patrol çəhrayı zolaqda” ("Djinn Patrol on the patrol line”)
· Eleyn Finey – "Olduğun kimi” ("As you were”)
· Bet Morrey – "Əldən qaçırılanlar” ("Saving missy”)
· Duqlas Stüart – "Şaqqi Beyn” ("Shuggie bain”)
· Cessika Mur – "Mühafiz” ("Keeper”)
· Stefani Skot – "Məndən qalanlar sənindir” ("What’s left of me is yours”)
· Naosi Dolan – "Həyəcanverici zamanlar” ("Exciting times”)
· Luisa Heyer – "Sevimli şəhər” ("This lovely city”)
Elcan Salmanqızı // artkaspi.az