manera.az
manera.az

Azərbaycan və Türkiyənin birgə film layihəsi “Alagöz”

Azərbaycan və Türkiyənin birgə film layihəsi “Alagöz”
20 fevral – 1 mart tarixləri arasında Almaniyada 70-ci Beynəlxalq Berlin Film Festivalı (Berlin International Film Festival) keçiriləcəkdir.

Manera.az xəbər verir ki, Berlinale Talents ilə birgə təşkil olunan Talent Project Market-də bütün dünya üzrə 166 iş arasından seçilmiş 10 ən yaxşı aşağı-büdcəli layihələr müəllifləri tərəfindən təqdim olunacaq.

Uzun illər ərzində ilk dəfə Azərbaycan Mariya İbrahimovanın “Alagöz” layihəsini təqdim edəcək.

“Alagöz” istehsalı Azərbaycanın “Cinex” şirkəti tərəfindən həyata keçiriləcək Azərbaycan və Türkiyənin birgə layihəsidir.

Filmin həmmüəllifi Zeynəb Ozbatur Atakan (Türkiyə) Nuri Bilgə Ceylanla olan ortaq işləri və “Üç meymun”, “Bir Zamanlar Anadoluda”, “Qış yuxusu” kimi dünya hiti filmləri ilə məşhurdur.

Filmin yaradılmasına beynəlxalq çəkiliş qrupu cəlb ediləcək və çəkilişlər 2020-2021-ci illərdə Azərbaycanda və qonşu ölkələrdə aparılacaq.
Azərbaycan və Türkiyənin birgə film layihəsi “Alagöz”
"Alagöz" filmi Meyxoş Abdullayevin hekayəsi əsasında çəkiləcək və işğal altında olan Kəlbəcərdən məcburi köçkünün köç zamanı itən Qarabağ atını axtarması əhvalatından bəhs edir.

Hekayə 2002-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun Milli-mənəvi yaddaşa qayıdışı təbliğ edən və Qarabağ mövzusunda yazılan ən yaxşı bədii əsərlər üçün təsis etdiyi "Yaddaş" mükafatına layiq görülüb.

Filmin rejissoru və həmmüəllifi Mariya İbrahimova ilk dəfə deyil ki, bu mötəbər forum üçün seçilir.

O, ilk dəfə Panorama kateqoriyasında debüt sənədli filmi ilə iştirak etmişdir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
242526272829