manera.az
manera.az

İntihar - Təranə Vahiddən qısa hekayə

İntihar - Təranə Vahiddən qısa hekayə
Son bir həftədə ağlında bircə fikir dolaşırdı: intihar!!!

...İndi hər şey hazır idi: kəndir də, kətil də, tavandakı tir də...

Bura – nənəsigilin damında özünü asmağa gələndə yolda qabağına kəndin ayağında yaşayan balıqçı Həşimin çilli qızı çıxdı.

Bu qızı çoxdan görmüşdü əsgərliyə getməmişdən əvvəl.

Körpəlikdə sarışın, bir az da duzsuz uşaq idi. Qarşılaşanda suyundan tanıdı ki, bu o qızdı.

Qız onu görəndə iri, qonur gözləri birdən-birə böyüyüb az qala sifətinin yarısını tutdu. Gülümsədi.

Çiyələk rəngli dodaqlarının arasından qənd kimi ağ, sağlam dişləri göründü. Salamsız-kəlamsız soruşdu:

- Axşam toya gələcəksən?

- Yox, az, nə toy! – boz-boz cavab verdi.

- Niyə ki? – qız əl çəkmədi.

- O sənnik deyil.

Qız başını çiyninə qoyub yazıqlaşdı. Xına rəngli buruq saçlarını çiynindən arxaya itələyib qəfildən dilləndi:

- Sənin şəklin bizdə var eyyy...

- Doğurdan? – Qız onun kinayəsini başa düşmədi.

- Allah haqqı. Suruş da sənnən oxuyub axı, əmim qızını deyirəm.

- Var var da, nə olsun ki?

- Onun albomundan oğurlamışam.

Eşitdiyi sözlərdən qulağına kimi qızardı. Bayaqkı kimi ötkəm danışmağa çalışsa da alınmadı:

- Az, mən artist zadam...

- Sənnən elə xoşum gəlir ki...

Günün günorta çağı, kəndin ortasında eşitdiyi sözlərdən özünü tamam itirdi.

Əvvəl qulaqları qızardı. Sonra qulaqlarındakı qızartı yanaqlarına kimi uzandı.

- Xoşuna gəlirəm? – titrək səslə soruşdu.

- O qız nə qızdı ki, ondan ötürün pis olursan. Gedib cəhənnəmə getsin, elə getdiyi oğlan da onun tayıdı da...

Həyəcanını ört-basdır eləmək üçün söhbəti dəyişdi.

- Hara gedirsən?

- Nənəmgilə.

- Əlindəki nədir?

- Balıqdır, dədəm təzə tutub. İstəyirsən verim sənə, apar qızart, ye.

Qızın səmimiyyəti ürəyinə kimi işlədi.

- Bişirənim yoxdur.

Qızın gözləri elə parıldadı ki, işığı sifətinə yayıldı.

- Mən...

Tez də səsini kəsdi. Pərtliyini gizlətmək üçün:

- Mən soruşmaq istəyirdim ki, qoltuğundakı nədi?

Özünü itirdi. Deyə bilmədi ki, qoltuğumdakı kəndirdir.

Bu axşam istədiyim qızın toyudur. Mən də özümü asmağa gedirəm. Bircə kəlmə dedi:

- Gedəsi yerim var.

Bu sarışın, çilli qız az qala gözləri ilə ona yalvardı.

- Balıq yemək istəsən utanma, nənəmgilə gəl. Günortaya hazır olar.

Bunu deyib köhnə qaloşlarını sürüyə-sürüyə çıxıb getdi.

Bir xeyli qızın dalınca baxdı. İnana bilmirdi ki, Həşimin xırda qızı belə tez böyüyüb.

Amma içindəki intihar hissi onu nənəsigilin damınacan sürüyüb gətirdi.

İndi hər şey hazır idi. Kəndir də, kətil də, tavandakı tir də.

Kəndiri kənara atdı, kətilə karlı bir təpik ilişdirdi, yuxardaki tirə tərs-tərs baxıb çilli qızın nənəsigilə yollandı...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031