manera.az
manera.az

Nəsimiyə həsr olunmuş mənzum dram işıq üzü görüb

📅 29.11.2019 06:57

Nəsimiyə həsr olunmuş mənzum dram işıq üzü görüb
Yazıçı Sayman Aruzun İmadəddin Nəsimi yaradıcılığına həsr etdiyi “Nəsimi” adlı fəlsəfi-psixoloji mənzum dram əsəri işıq üzü görüb.

Manera.az xəbər verir ki, müəllif əsərdə müxtəlif ədəbi-tarixi obrazlar, o cümlədən Şəms Təbrizi, Nəimi, Həllac, Şibli, Babək, Şeyx Heydər və Şah İsmayıl Xətayi kimi görkəmli Azərbaycan şəxsiyyətlərindən istifadə edərək Nəsimi təfəkkürünü açmağa çalışmış və onun Azərbaycan cəmiyyətinin indi və gələcək həyatındaki rolundan bəhs etmişdir. Ona görə də fəlsəfi –psixoloji mənzum dramın girişi ilk olaraq Nəimi və Nəsimi sözləri ilə başlasa da, sonda Azərbaycan dövlətçiliyinin əsasını qoymuş Şah İsmayıl Xətaiynin kəlamları ilə sona çatır.

Əsər əruz vəznində, Nəsimi dəsti-xəttinə uyğun formada qələmə alınıbdır.

Nəsimiyə həsr olunmuş mənzum dram işıq üzü görüb


Baxış sayı - 860 | Yüklənmə tarixi: 29.11.2019 06:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031