manera.az
manera.az

Buker 2019-un qalibləri açıqlandı

📅 15.10.2019 11:49

Buker 2019-un qalibləri açıqlandı
2019-cu il "Buker" Ədəbiyyat mükafatı açıqlandı.

Manera.az xəbər verir ki, bu il iki qalib oldu: Marqaret EtvudBernardin Evaristo.

Mükafatın ən böyük favoriti Marqaret Etvud hesab olunurdu. "The Testaments" romanı müəllifin məşhur "The Handmaid’s Tale" əsərinin davamı idi və yazar bu əsərlə müsabiqədə iştirak edirdi.

Etvud 2000-ci ildə yazdığı “Kor Suiqəsdçi” (“The Blind Assassin”) adlı əsəri ilə “Man Booker” ədəbi mükafatına layiq görülüb. Eyni zamanda Nobel mükafatına da namizəd olan Etvud Elis Munronun ən ciddi rəqibi sayılırdı. Digər qalib Bernardin Evaristonun mükafata təqdim etdiyi əsər isə "Qız, qadın, başqaları" adlanır.

Roman 19-93 yaş aralığında olan 12 zəncinin həyatından bəhs edir. Xatırladaq ki, siyahıda Salman Rüşdi, Elif Şafak kimi yazarlar da vardı


Baxış sayı - 1 088 | Yüklənmə tarixi: 15.10.2019 11:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930