manera.az
manera.az

Tiflis “Dünyanın kitab paytaxtı” elan olunub

📅 09.10.2019 13:31

Tiflis “Dünyanın kitab paytaxtı” elan olunub
Tiflis “Dünyanın kitab paytaxtı” elan olunub.

Manera.az gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, UNESCO-nun baş direktoru Audrey Azoulay Tiflisi 2021-ci il üçün "Dünyanın kitab paytaxtı" adlandırıb.

Qərar, 2019-cu ilin iyununda İsveçrədə keçirilən Dünya Kitab Paytaxtı Məşvərət Komitəsinin tövsiyələri əsasında qəbul edilib.

Dünya Kitab Paytaxtı Namizədliyi üzrə Məsləhət Komitəsi Beynəlxalq Naşirlər Birliyi (IPA), Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyası (İFLA) və UNESCO-nun nümayəndələrindən ibarətdir.

UNESKO-nun Dünya Kitab Paytaxtı olaraq təyin olunan şəhərlər il boyu kitabların təbliği və tematik tədbirlərin keçirilməsini öhdələrinə götürürlər: uşaqlar üçün kitab festivalı, kitabları oyuna çevirmək üçün müasir rəqəmsal layihə və s.

Proqrama görə, müasir texnologiyalar vasitəsi ilə gənclər arasında mütaliəni artırmaq əsas prinsiplərdən biridir. Bundan başqa seçilən şəhərin əsas məqsədi mütaliəni populyarlaşdırmaq və bütün sosial səviyyələrdə kitab əldə etmək imkanlarını artırmaqdır.

Xatırladaq ki, ötən illərdə Madrid, Bangkok, Afina, Buenos Ayres kimi şəhərlər “Dünyanın kitab paytaxtı” adına layiq görülüblər.


Baxış sayı - 937 | Yüklənmə tarixi: 09.10.2019 13:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930