manera.az
manera.az

Azərbaycan Beynəlxalq Animasiya Festivalında təmsil edilib

Azərbaycan Beynəlxalq Animasiya Festivalında təmsil  edilib
“ANİMAFİLM” Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan animasiyasının 50-ci ildönümü ilə əlaqədar bu il sentyabrın 20-də Yunanıstanda AnimaSyros Beynəlxalq Animasiya Festivalında Azərbaycanı təmsil edib.

Belə ki, Azərbaycanın aşağıdakı kult retrospektiv cizgi filmlərinin nümayişini həyata keçirib:

1) Cırtdan, (rej. Ağanağı Axundov, Yalçın Əfəndiyev) 1969
2) Pıspısa xanım və Siçan bəy (Tıq-Tıq xanım), (rej. Məsud Pənahi, Ağanağı Axundov) 1974
3) Cırtdan-pəhləvan. Birinci film, (rej. Bəhmən Əliyev) 1981
4) Anam ağaca çıxıb, (rej. Firəngiz Qurbanova) 1986
5) İthaf, (rej. Şamil Nəcəfzadə) 1990
6) Söhbətül-əsmar, (rej. Elçin Axundov) 1994
7) Aramsızlıq, (rej. Samir Salahov) 2017


Manera.az xəbər verir ki, filmləri festivalda ANİMAFİLM-in direktoru Rəşid Ağamalıyev təqdim edib: “Bizi festivala dəvət etdikləri üçün minnətdarlığımızı bildiririk və inanırıq ki, bu tədbir festivallarımız arasındakı əməkdaşlığı daha da artıracaq. Dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq festivallarda Azərbaycan animasiya filmləri incilərini nümayiş etdirməklə biz Azərbaycan animasiyasının 50-ci ildönümünü yüksək səviyyədə qeyd etmək istəyirik. Qürur duyuruq ki, AnimaSiros Beynəlxalq Animasiya Festivalı bizə ev sahibliyi edəcək ilk festival oldu”.

Bu sözləri ANİMAFİLM-in direktoru festivallararası “Əməkdaşlıq haqqında sertifikat”la “Azərbaycan animasiyası” kitabını AnimeSyros-un proqramçısı Stiv Alana təqdim etdiyi zaman söyləyib.

Azərbaycan animasiyasının 50-ci ildönümünün, həmçinin, Gürcüstan (TOFUZİ festivalı), Polşa (StopTrik festivalı) və İsveçrədə (Black Movie festivalı) də qeyd olunması nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan animasiyasının inkişafına töhfə vermək məqsədilə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) (əsas tərəfdaş), Çexiya Respublikasının Azərbaycandakı Səfirliyi, Azərbaycandakı Fransız İnstitutunun dəstəyi ilə 18-20 oktyabr 2019-cu il tarixində Bakıda 2-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

Azərbaycan Beynəlxalq Animasiya Festivalında təmsil  edilib

Festivalda üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri təqdim olunacaq.

Qeyd edək ki, bu festival Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbir olan birinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının (2018) davamıdır.

MANERA.AZ

Azərbaycan Beynəlxalq Animasiya Festivalında təmsil  edilibБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031