manera.az
manera.az

Kamança ifaçıları üçün müsabiqə

Kamança ifaçıları üçün müsabiqə
“Aler Kamancha” kamança ifaçıları üçün müsabiqə elan edir.

Manera.az xəbər verir ki, müsabiqə koronavirus pandemiyası dövründə insanların evdə qalaraq özlərini və ətraflarını qorumaları məqsədi ilə keçirilir.

Müsabiqədə qaliblər 25 yaşdan aşağı və yuxarı olmaq üzrə iki kateqoriyada müəyyənləşəcək.

Yaşı 25-dən aşağı olanlar arasından seçilən qalibə 4000 dollar, yaşı 25-dən yuxarı olanlar arasında seçilən qalibə isə 4500 dollar dəyərində 1 ədəd “Alert Kamancha” markalı kamança hədiyyə ediləcək.

Bu məqsədlə iştirakçılar 7 dəqiqəni keçməyən videolar hazırlayıb "İnstagram"da @alerkamancha etiketi ilə paylaşmalıdırlar. Hər bir iştirakçı video qeydini müsabiqə üçün tələb olunan meyarlara uyğun olaraq öz hesabında #alerkamancha "İnstagram" hesabını etiketləyərək #alerkamancha hashtagı ilə paylaşmalıdır.

İştirakçılar "İnstagram" səhifələrində yerləşdirdikləri video yazıların bağlantılarını və müraciət formasını doldurmalı və alerkamanchafest@gmail.com elektron ünvanına göndərməlidirlər.

Səslər effektsiz olmalı, video çəkilişlər təxminən 150 santimetr məsafədə və yalnız mobil telefonu vasitəsilə aparılmalıdır. Video yazıları üfüqi, baxımlı və kifayət qədər işıqlı alınmalıdır ki, iştirakçının üzü, əlləri və aləti tam olaraq görünsün. Videolar HD keyfiyyətində olmalıdır. Yuxarıdakı şərtlərə cavab verməyən müraciətlər etibarsız sayılır.

Müsabiqə ilə bağlı ən son elanlar “Aler Kamancha”nın "İnstagram" hesabında yerləşdiriləcək.

İlkin müraciətlər qiymətləndirildikdən sonra müsabiqə iştirakçıları müəyyən ediləcək və sosial mediada yayımlanacaq. Müraciətlər mayın 25-nə qədər qəbul edilir, nəticələr mayın 30-da elan ediləcək.

Qeyd edək ki, “Aler Kamancha” Arslan Hazretin rəhbərliyi ilə kamança aləti üzərində geniş tədqiqatlar aparan emalatxanadır. “Aler kamancha” emalatxanasının fəaliyyət istiqamətinə peşəkar kamança istehsalı ilə yanaşı, kamançanın səs və səs keyfiyyətini inkişaf etdirmək ilə bağlı yenilikçi fəaliyyətlərin aparılması və eyni zamanda bənzərsiz xüsusi dizaynların hazırlanması da daxildir. /apa.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930