Zaman ən böyük müəllimdir - Qısa fikirlər xəzinəsi

Manera.az dahilərdən zaman haqqında fikirlər təqdim edir:
***
“Övladlar valideynlərindən çox, yaşadıqları zəmanəyə oxşayırlar”.
Həzrət Əli
***
“Dəqiqələr uzun, illər isə qısadır”.
A.Amel
***
“Zaman – əqli əməklə məşğul olan insanın əsas kapitalıdır”.
O.Balzak
***
“Zaman ən böyük müəllimdir – amma təəssüf ki, sonda öz şagirdlərinin ölümünə fərman verən bir müəllim”.
Q.Berlioz
***
“Zamanı düz seçmək onu qorumaq deməkdir, vaxtında görülməyən iş isə sadəcə vaxt itirməkdir”.
F.Bekon
***
“Vaxtı itirmək – yeri heç vaxt doldurulmayacaq bir itkidir”.
J.Büffon
***
“Heyrətlənmək üçün bir dəqiqə kifayət edir, amma bu heyrətamiz işi ortaya qoymaq üçün gərək illəri illərə qatasan”.
K.Helvetsi
***
“Dünyanı iki tiran idarə edir: təsadüf və zaman”.
İ.Herder
***
“Öz zamanının nəbzini tuta bilən insan, həqiqətən də, nəhəng insandır”.
Hesiod
***
“Yaxşı istifadə edə bilsən, vaxtdan korluq çəkməyəcəksən”.
“Vaxt itkisi ağıllı adamlara daha baha başa gəlir”.
İ.Höte
***
“Bu gün gizli olanları zaman nə vaxtsa üzə çıxaracaq”.
Horatsi
***
“Zaman – bütün yaraları sağaldır”.
Menandr
***
“Zaman – uzunluğu yox, dərinliyi ilə ölçülür”.
İ.Kurts
***
“Sabah” “bu gün”ün ən qatı düşmənidir. “Sabah” bütün varlığımızı iflic edir, bizi gücsüzləşdirir, tənbəlləşdirir”.
E.Labule
***
“Bütün dərd-kədərimiz zamanın qanadlarında uçub gedir”.
J.Lafonten
***
“Zaman da pul kimidi – israfçılıq etməsəniz, ürəyiniz istəyən qədər istifadənizdə olacaq”.
“Zaman – yanlışlıqları silib həqiqəti malalayır”.
Q.Levis
***
“Vaxtı öldürmək intihar kimi bir şeydir”.
D.Pekk
***
“Təəssüf ki, ömürdən keçən zaman yox, bizlər özümüzük”.
P.Ronsar
***
“Zaman – hərəkətsiz əbədiyyətin hərəkətli obrazıdır”.
J.Russo
***
“Zaman və sel heç vaxt gözləmir”.
V.Skott
***
“Zaman bütün gizlinləri açır, bütün görünənləri gizlədir.
Sofokl
***
“Vaxtı öldürərkən sən həm də əbədiyyətə xəsarət yetirirsən!”
Q.Toro
***
“Sabah” sözü uşaqlar və qətiyyətsiz insanlar üçün icad edilib”.
İ.Turgenev
***
Zaman bizləri dəyişmir, təkmilləşdirir”.
M.Friş
***
“Bu günün bir saatı sabahın iki saatına bərabərdir”.
T.Fuller
***
“İllər – günlərin xəbəri olmadan insana çox şeylər öyrədir”.
P.Emerson
***
“Möhlət – zaman oğrusudur”. /aydinyol.az/
E.Yunq
MANERA.AZ