manera.az
manera.az

Tanınmış nizamişünas alim vəfat etdi

📅 17.05.2019 14:44

Tanınmış nizamişünas alim vəfat etdi
Tanınmış nizamişünas alim, şair, tərcüməçi Mircəlal Zəki vəfat edib.

Bu barədə Manera.az-a şair Əvəz Qurbanlı məlumat verib.

O bildirib ki, 74 yaşlı Mircəlal Zəki uzun müddət xəstəlikdən əziyyət çəkirdi və bu gün səhər vəfat edib.

Mircəlal Zəki 1945-ci ildə Bakının Maştağa kəndində anadan olub və ömrünün sonuna qədər orada yaşayıb. Nizami tədqiqatçısı və tərcüməçi idi. Ərəb və fars dillərini bilməklə yanaşı, şeir elmlərinin (əruz, qafiyə, bəyan, bədii, məani) mükəmməl bilicisi idi.

Mircəlal Zəki Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, “Xosrov və Şirini” poemalarını, Cəlaləddin Ruminin “Məsnəvi”sindən bir parçanı, Bahar Şirvaninin "Divan"ını və s. əsərləri orijinalında olduğu bəhrdə tərcümə edib.

MANERA.AZ


Baxış sayı - 1 085 | Yüklənmə tarixi: 17.05.2019 14:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031