manera.az
manera.az

“Çapar” jurnalı təqdim olundu

📅 11.03.2019 20:13

“Çapar” jurnalı təqdim olundu
Martın 10-da Hədəf STEM Liseyində “Çapar” tarix dərgisinin və Dilqəm Əhmədin “Milliyyəti Türk” kitabının təqdimat mərasimi keçirilib.

Manera.az xəbər verir ki, təqdimatda professor Ədalət Tahirzadə, tarix elmləri doktoru Solmaz Tohidi-Rüstəmova başda olmaqla ölkənin tanınmış ziyalıları, jurnalistlər və oxucular iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Çapar” dərgisinin təsisçisi Yusif İlhamoğlu dərgi haqqında və “Çapar Yayınları” seriyasından çap edilən kitablar barədə geniş məlumat verib.
“Çapar” jurnalı təqdim olundu
Daha sonra dərginin baş redaktoru Dilqəm Əhməd yeni çap olunan kitabı və tərtibçisi olduğu “Ergenekon bayramı” kitabı haqqında danışıb.

Təqdimatda Ə.Tahirzadə, S.Tohidi, Əkbər Nəcəf, Şəmil Sadiq və digər qonaqlar Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatı mövzusunda çıxış edib, “Çapar” dərgisinin Azərbaycan mətbuatında önəmli yer tutacağını bildiriblər. Hədəf STEM liseyinin qurucu-direktoru filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq 50 kitabdan ibarən “XAN” Nəşriyyatının çap etdiyi xatirə ədəbiyyatı dəstini “Çapar” dərgisinin kitabxanasına hədiyyə edib.
“Çapar” jurnalı təqdim olundu
Tədbirdə D.Əhmədin kolleksiyasında olan Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə aid nadir fotoşəkillər, sənədlər nümayiş etdirilib./ona.az/

MANERA.AZ


Baxış sayı - 929 | Yüklənmə tarixi: 11.03.2019 20:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031