"Kimsəsizlər Sığınacağı" kitabının təqdimatı olacaq

Fevralın 8-i saat 19:00-da ADO teatrında Orxan Bahadırsoyun "Kimsəsizlər Sığınacağı" kitabının təqdimat mərasimi baş tutacaq.
Manera.az xəbər verir ki, "Kimsəsizlər Sığınacağı" kitabında müəllifin müxtəlif mövzulu şeirləri, hekayələri və pyesləri toplanılıb.
Bu, Orxan Bahadırsoyun sayca dördüncü kitabıdır.
Kitabın təqdimat və imza mərasimində müəllifin bundan əvvəl çap olunan kitablarını da əldə edə, imzalada bilərsiniz.
Mərasimdə həm də Orxan Bahadırsoyun və gecənin xüsusi qonaqları olan bir neçə aktyorun qiraətində müəllifin şeirlərini dinləyəcəksiniz.
Ünvan: Bakı, Mirzəağa Əliyev 245, AZ1014 // ADO Theatre - ...
MANERA.AZ