manera.az
manera.az

Ehtiram İlhamın 50 illik yubleyi qeyd olunub

📅 29.01.2019 13:22


Ehtiram İlhamın 50 illik yubleyi qeyd olunub
Bu günlərdə Sumqayıt Poeziya Evində Əli Kərim adına Poeziya Klubunun təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin və Poeziya Kubunun üzvü tanınmış şair-publisist Ehtiram İlhamın 50 illik yubleyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Manera.az xəbər verir ki, tədbiri girişi sözü ilə açan Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı yubilyarın həyat və yaradıcılığı ilə bağlı ətraflı söz açaraq, onu 50 illik yubileyi münasibəti ilə Fəxri Fərmanla təltif edib.

Sonra tədbiri aparmaq üçün söz tanınmış yazıçı-dramaturq Əyyub Qiyasa verilib.

Əyyub Qiyas Ehtiram İlhamla uzun illərin dostları olduqlarını dilə gətirdi və onu sözün həqiqi mənasında çox ciddi bir söz adamı, ədəbi sima olaraq dəyərləndirib. Çıxış üçün ilk söz Sumqayıt ədəbi camiəsinin ağsaqqalı, görkəmli şair Əşrəf Veysəlliyə verildi. Ehtiram İlhamın şeirləri haqqında ürək dolusu danışan natiq onu 50 illik yubileyi münasibəti ilə təbrik etdi və ən xoş arzularını bildirib.

Daha sonra söz Azərbaycan Yazıçılar Birliyinin təmsilçisi, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadəyə verildi. O, yubilyarı AYB rəhbərliyi adından təbrik etdi. Estoniyadan məhz Ehtiram İlhamın yubileyi üçün Azərbaycana gəlmiş görkəmli şair-tərcüməçi, ictimai xadim Xaqani Qayıblı öz çıxışında yubilyarın bir şəxsiyyət olaraq çox yüksək keyfiyyətlərindən söz açdı, ona həsr etdiyi şeiri oxudu və təbriklərini çatdırdı. Tanınmış şair, əməkdar müəllim Ofelya Babayeva, filologiya elmləri doktorları, professor Nəsir Əhmədli, professor Rüstəm Kamal, Azərbaycanın tanınmış şairlərindən Ramiz Qusarçaylı, Əkbər Qoşalı, Xanım İsmayılqızı, Adilə Nəzər, Çiçək Mahmudqızı, Zirəddin Qafarlı, Aləm Kəngərli, Ayaz Arabaçı, Mikayıl Bozalqanlı, Elman Tovuz, Vasif Süleyman, Namiq Məna, Gülnarə Cəmaləddin, əməkdar artist, şair Nazir Rüstəm, gənc şair Elvin Əlizadə çıxış edərək Ehtiram İlham haqqında ən xoş sözlərini dilə gətirdilər, onu 50 illik yubileyi münasibəti ilə təbrik ediblər.

Ehtiram İlhamın 50 illik yubleyi qeyd olunub

Yubilyarın ailə üzvləri adından çıxış edən doktor Firdovsi Məmmədli qardaşı Ehtiram İlhama göstərilən diqqət üçün tədbirin təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirdi. Sonda söz yubilyara – Ehtiram İlhama verildi. O, göstərdikləri diqqət üçün haqqında xüsusi qəzet buraxılışını hazırlayanlara, yeni kitabını nəşr edənlərə, tədbirin təşkilatçılarına və iştirak edənlərin hər birinə öz təşəkkürünü bildirdi və yeni şeirlərindən nümunələr oxudu. Aşıq İman və Aşıq Elməddin saz havaları üstə şairin qoşma və gəraylılarından nümunələr səsləndiriblər.

Sonda Ehtiram İlhamın 50 illik yubileyi münasibəti ilə hazırlanmış “DƏRDİŞ” adlı xüsusi buraxılışı və eləcə də onun yeni nəşr olunmuş “Çox yaşadım” adlı şeirlər kitabı tədbir iştirakçılarına təqdim edilib.
MANERA.AZ


Baxış sayı - 1 547 | Yüklənmə tarixi: 29.01.2019 13:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031