manera.az
manera.az

Sumqayıtda Əyyub Qiyasın 50 illik yubileyi keçirilib

📅 18.12.2018 17:46

Sumqayıtda Əyyub Qiyasın 50 illik yubileyi keçirilib
Əli Kərim adına Sumqayıt Poeziya klubunda tanınmış yazıçı-tərcüməçi Əyyub Qiyasın 50 illik yubiley tədbiri və yeni çapdan çıxmış “Havay tətilləri, yaxud, Brejnev sağdır” kitabının təqdimatı keçirilib.

Manera.az xəbər verir ki, böyük izdihamla müşayət olunan tədbirdə yazıçının qələm dostları, tanınmış ziyalılar və Əyyub Qiyas nəsrinin işığına toplaşan oxucular iştirak ediblər.

Ə.Kərim adına Poeziya klubunun direktoru, şair İbrahim İlyasılı tədbiri giriş sözü ilə açaraq Əyyub Qiyasın yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Daha sonra tədbiri aparmaq üçün söz şair Ehtiram İlhama verilib.

“Əməkdar müəllim” və tanınmış şairə Ofelya Babayeva isə yubilyarın orta məktəb illəri ilə bağlı xatirələrini danışaraq, keçmiş şagirdinə uğurlar arzulayıb.

Sonra AYB katibi İlqar Fəhmi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, tənqidçilər Vaqif Yusifli, Rüstəm Kamal, sevilən şairə və bəsətəkar Xanım İsmayılqızı, AYB Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri, şair-tərcüməçi Səlim Babullaoğlu, yazıçılar Seyran Səxavət və Kamran Nəzirli, şairlər Əşrəf Vesyəlli, Ayaz Arabaçı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsinin sədri Şahin Şəfiyev, Dünya Gənc Türk Yazarlar birliyi Məsləhət şurasının başqanı, şair Əkbər Qoşalı, filologiya üzrə fəlsəfə doktoru, şairə Adilə Nəzər, “TEAS Press” nəşriyyatın baş redaktoru Famil Cəfərli, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, AYB Qubadlı regional bölməsinin sədri Namiq Məna, AJB Sumqayıt təşkilatının sədri, əməkdar jurnalist Rafiq Oday, Ə.Kərim adına Poeziya evinin əməkdaşı, yazıçı Almaz Sahilə, Sumqayıt Regional Mədəniyyət idarəsinin əməkdaşı Eldar Hüseynov çıxış edərək Əyyub Qiyası 50 illik yubileyi münasibətilə təbrik ediblər, yazıçının bədii yaradıcılığın özəllikləri, onu oxuculara sevdirən məziyyətləri və peşəkarlığından söz açıblar.

Tədbir yazçının tələbə dostları, sevilən aktyor Şirzad Pirallahı ilə aşıq İlham Əsgəroğlunun hazırladığı və Əyyub Qiyasın qələmə aldığı “Sarı gəlin” şeirinə hazırılanmış kompozisiya, müğənni Hüsniyyə İsmayıllının çıxışı ilə yekunlaşıb.

Sonda yazıçı yeni kitabını imzalayaraq, oxuculara təqdim edib.

Manera.az tədbirdən fotolar təqdim edir:
(Fotolar Şakir Rəhmanındır)

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ

Baxış sayı - 1 722 | Yüklənmə tarixi: 18.12.2018 17:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031