manera.az
manera.az

“Naxçıvan ədəbi mühiti: problemlər, prespektivlər” kitabı işıq üzü görüb

📅 13.01.2019 11:31

“Naxçıvan ədəbi mühiti: problemlər, prespektivlər” kitabı işıq üzü görüb
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Naxçıvan ədəbi mühiti: problemlər, prespektivlər” adlı kitabı işıq üzü görüb.

Manera.az xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən yeni nəşrin elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri isə AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, filologiya üzrə elmlər doktorları Fərman Xəlilov, Yaqub Babayev və filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə İsmayıldır.

Kitabda Naxçıvan ədəbi mühiti və onun keçdiyi inkişaf yolu işıqlandırılıb. Ən qədim dövrlərdən Naxçıvanda ədəbi inkişafın vüsət və inkişaf tapması, keçdiyi inkişaf tarixi yeni nəşrin əsas problemidir. Tədqiqatçı alim tarixiliklə müasirliyi, sələflərlə xələfləri bir arada verməklə yanaşı, müxtəlif ədəbi, mədəni və elmi problemləri də təhlil edib, özünün fikir və mülahizələrini bildirib.

MANERA.AZ


Baxış sayı - 1 421 | Yüklənmə tarixi: 13.01.2019 11:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031