manera.az
manera.az

Bill Qeytsin oxuduğu ən yaxşı 5 kitab

📅 09.12.2018 17:16

Bill Qeytsin oxuduğu ən yaxşı 5 kitab
ABŞ-ın "Microsoft" şirkətinin təsisçisi Bill Qeyts başa çatmaqda olan 2018-ci ilin ən yaxşı hesab etdiyi beş kitabının adını paylaşıb.

Manera.az TASS-a istinadən xəbər verir ki, o bu barədə öz bloqunda yazıb.

"Bu il mənim kitab siyahım qarışıqdır – təcrübi meditasiya dərsliyindən tutmuş muxtar silahlara dərin dalmaya qədər…", - deyə Qeyts yazıb.

Milyarder öz bloqunda yazıçı Tara Vestoverin "Educated" ("Şagird qız"), Pol Şarrenin "Army Of None" ("Yiyəsiz ordu"), Con Karreyronun "Bad Blood" ("Pis qan"), Yuvay Noy Hararinin "21 Lessons For The 21st Century" ("XXI əsr üçün 21 dərs") və Endi Paddikombun "The Headspace Guide to Meditation and Mindfulness" ("Meditasiya və özünü dərk") kitablarını oxumağı tövsiyə edib.

MANERA.AZ


Baxış sayı - 1 256 | Yüklənmə tarixi: 09.12.2018 17:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930