manera.az
manera.az

“Türkiyə ədəbiyyatı antologiyası” Azərbaycan dilində

📅 20.08.2018 18:11

“Türkiyə ədəbiyyatı antologiyası” Azərbaycan dilində
Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – “Türkiyə ədəbiyyatı antologiyası” (poeziya) kitabı işıq üzü görüb.

Tərcümə Mərkəzdən MANERA.AZ-a bildirilib ki, səkkiz əsr ərzində yaradılmış poetik irsi əhatə edən Türkiyə poeziyasının ümumi mənzərəsini küll halında Azərbaycan oxucusuna təqdim edən kitabda Şəyyad Həmzə, Cəlaləddin Rumi, Yunus Əmrə, Qaracaoğlan, Namiq Kamal, Yusif Ziya Ortaç, Mehmet Akif Ərsoy, Aşıq Veysəl, Nazim Hikmət, Səbahəddin Ali, Orxan Vəli Kanık, Mehmet Kamal, Can Yücəl, Camal Sürəyya, Əhməd Oktay, Nevzat Çelik və digər ədiblərin şeirləri toplanıb.

Kitabı tərtib edən və dilimizə uyğunlaşdıran Əhməd Oğuz, redaktoru və “Ön söz”ün müəllifi Nəriman Əbdülrəhmanlıdır.


Baxış sayı - 1 581 | Yüklənmə tarixi: 20.08.2018 18:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031