manera.az
manera.az

"Azərbaycan" jurnalının yeni sayı

📅 13.09.2018 13:14

"Azərbaycan" jurnalının yeni sayı
"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb.

MANERA.AZ-ın məlumatına görə, jurnalın yeni sayında Əhməd Qəşəmoğlu, İslam Sadiq, Tərlan Əbilov, Ofelya Babayevanın şeirləri, Kəramətin "Cəzb və kütlə hökmü" poeması dərc olunub.

Məmməd Orucun "Veteran", Qorxmaz Şıxalıoğlunun "Bürkü" povesti, Azər Abdullanın "Sandıq", Natiq Məmmədli "Əmanət" iki hissəli dramı, Adil Mirseyidin "Akvarium şəhər" kinopoeması da oxuculara təqdim olunacaq.

Jurnalda ölkədə kitabları ən çox satılan üç yazıçıdan biri yazıçı Varislə tənqidçi Nərgiz Cabbarlının söhbəti də yer alıb.

Oxucular həmçinin Ülviyyə Heydərovanın "Uşaqlıq" monopyesi, Günel Natiqin "Mixail Bulqakovun həyatı və müəmmalı ölümü", Güldəniz Qocayevanın "Məgər mən Xristofor Kolumbdan əskik oğlanam" adlı yazısı ilə "Azərbaycan" jurnalının yeni sayında tanış ola biləcəklər../trend.az/


Baxış sayı - 1 558 | Yüklənmə tarixi: 13.09.2018 13:14
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930