manera.az
manera.az

Ədəbiyyat və tənqid haqqında qeydlər | MANERA.AZ

Ədəbiyyat və tənqid haqqında qeydlər  | MANERA.AZ
manera.az
HERMAN HESSE

YAXŞI VƏ PİS TƏNQİDÇİLƏR HAQQINDA

İnsanın dünyaya qabiliyyətli və istedadlı gəlişi nadir hal sayılır. Onlar anadangəlmə bağban, andangəlmə həkim, anadangəlmə müəllimlərdir. Ən böyük nadir hadisə isə anadan şair doğulmaqdır. Bəlkə də onun öz ilahi vergisinə layiq olmadığı da görünə bilər, bəlkə də o, öz vergisiylə kifayətlənmir, istedadlı insana yaratmaq üçün lazım olan sadiqliyi, kişiliyi, iradəni tərbiyə etmir. Lakin o təbiətin ərköyünü kimi vergilidir. Bu vergini heç bir sərf olunmuş əmək əvəz edə bilməz. Lakin bundan da nadir tapıntı anadangəlmə tənqidçidir. Bu cür tənqidçi öz əməyi, partiyaya marağı, hirsi nəticəsinə ilk əməyini tənqidə sərf etmiş, öz ağlının itiliyindən təbiətən analitik düşünmə qabiliyyəti onu ədəbiyyata ciddi yanaşmağa məcbur etmişdir. Bu ilahi tərəfindən seçilmiş tənqidçinin öz xüsusiyyətləri var ki, onlar da bu verigiyə yaxşı və ya pis təsir edir. Xeyirxah və ya kobud, özündənrazı və ya təvazökar edir, öz istedadını yetişdirir və ya küləyə sovurur. O, hər zaman təhsilli, savadlı tənqidçini üstələyir. Çünki ona Allah tərəfindən vergi verilmişdir. Ədəbiyyat tarixi ən çox da alman ədəbiyyatl bunu göstərir ki, anadangəlmə şair olanlar, anadangəlmə tənqidçi olanlardan daha çoxdur. Əgər təkcə elə Hötedən Myorika və Hotfrid Kellerə qədər olan dövrü nəzərdən keçirsək, onlarla əsl şair adına rast gələrik. Lessinqdən Vilhelm Humbolda qədər olan dövrlər isə daha parlaq adlarla rəngarəngdir. Xalq şairlərsiz də keçinə bilər və bu təbii ki mümkündür. Əgər şair xüsusi nadir tapıntıdırsa mətbuatın inkişafı tənqidin dayanıqlı institutuna, ixtisasa, ictimai həyatın bir faktoruna çevrilir. Poeziyaya təlabat olsa da, olamsa da tənqidə ehtiyac hər zaman var. Məsuliyyətsiz fabrik işçilərinin öz əməklərinə ehtiyacı olan kimi, cəmiyyətin institutlara ehtiyacı var. Bu cür tənqidçilərcavan vaxtlarında hələ öz peşəsinə yiyələndiyi vaxtlarda öyrəndiyi metodlardan birindən indi də istifadə etməkdədir. Tənqidçinin bu metodu hər şeyi məzəylə qəbul etməkdən və ya hər şeyi şişirtmədən ibarətdir. Və yaxud da ki o, ümumiyyətlə ədəbiyyatı tənqid etmir. Ədəbiyyatla yox, onun yaranması ilə, fikir obrazlarından və ya müəllifin tendensiyaları ilə maraqlanır. Əgər müəllif hansısa düşmən partiyaya münsubdursa, tənqidçi onu ikar edir. Əgər o, tənqidçiylə eyni partiyadandırsa, mütləq onu tərifləyirlər. Əgər müəllif hüç bir partiyanın üzvü deyilsə, adətən ona fikir belə verirlər, çünki onun arxasında heç bir güc-qüvvə dayanmır.

Bunun ardınca nəyinki şairin məyyusluğu, həm də şirin mənəvi və mədəni həyatla, əsl həyatın əks olunmuş güzgüsü gəlir. Əslində isə bir mətbuatda göstərilmiş mənəvi həyatla, əsl həyatla arasındakı böyük bir fərq görürük. Biz uzun illər boyu müşahidə edirik ki, mətbuatda heç bir təbəqə üçün maraqlı olmayan və təsir etməyən adlar və əsərlər müzakirə edilir. Və həm də bunu da görürük ki, həyata və zamanın kefinə təsir edən müəllif və kitablar buna susurlar. Qəzetlərin idman və ticarət səhifələrində bu işə daha vicdanla və məsuliyyətlə yanaşırlar nəyinki ədəbiyyatda. Amma, bəzən müstəsna xoşbəxt hallat da olur.

Əsl tənqidçinin tənqidlərində səhflər olsa da, ilahidən yaradıcı olmayan tənqidçidən daha düz olacaq. Hər şeydən əlavə əsl tənqidçi həqiqi və yalançı cümlələri hiss etmək, bilmək qabiliyyətinə malikdir. Orta səviyyəli tənqidçi isə orijinal əsərlə saxta əsərin fərqini duymur, yalanı həqiqət kimi qəbul edir. Əsl həqiqi tənqidçi iki vacib xüsusiyyətə görə tanınır: birincisi onun yaratdıqları canlıdır və dil qabiliyyəti yaxşı olduğuna görə sözlərdən necə gəldi istifadə etmir. İkincisi isə onun öz subyektiv yanaşmasını, individuallığını gizlətmədən, oxucunun tənqidçinin subyektivliyi dərk edərək, onun reaksiyalarını bilərək öz fikrini bildirmək onun tələbatıdır. Sadə dildə desək, yaxşı təndiqçi özü də bir şəxsiyyətdir, o öz indevisual yanaşmalarını elə kısgin ifadə edir ki, oxucu bu tənqidçinin kim olduğunu bilir və duyur. Dahi tənqidçi ömür boyu dahi şairi qəbul etməyə, hətta ələ sala da bilər, lakin tənqidçinin verdiyi reaksiyaya əsasən, oxucuda şairin məğzi, mahiyyəti haqqında təsəvvür yaranır.

Zəif tənqidçinin çatışmayan cəhəti isə onun parlaq şəxsiyyət olması və özünü ifadə edə bilməməsidir. Çünki ən güclü təriflər və sözlərdə öz şəxsiyyətini təsdiqləməmiş bir insan tərəfindən deyiləndə bir tərəfdən qəbul olunmayaraq, sıfra bərabər olur. İstedadsız tənqidçisə biri yalançı obyektiv yanaşma ilə aldatmaq arzusunda olur. Giya ki estetika dəqiq elmdir. O öz instinktinə inanmır və onu ortaq bir yamaşma ilə (hə, ola bilər...bununla yanaşı...) maskalayır.Tənqidçinin neytrallığı oxucuda şübhə yaradır və daxili həyəcanın, həvəsinin qıtlığından xəbər verir. Bəlkə də tənqidçinin marağı və həvəsi var. Bu həvəsi o gilətməməli, əksinə biruzə verərək ifadə etməlidir. Tənqidə ölçü cihazı və ya mədəniyət naziri kimi baxmaq lazım deyil. O, bir şəxsiyyət kimi özünü təsdiq etməlidir. Adi, orta səviyyəli müəlliflərin, orta səviyyəli tənqidçilərə münasibəti bu cürdür: əslində onlar bir-birlərinə inanmırlar,amma, tənqidçi müəllif barəsindəki aşağı fikirləri özündə saxlayır. Müəllifsə tənqidçinin onun anlamadığını, heç bir artıq əskikliyinin qəbul edilmədiyini duysa da, müəllif tənqidçinin dilinə düşmədiyinə, onu incitmədiyinə, məhv etmədiyinə görə sevinir, onunla öz xeyrinə görə yaxın münasibət qurur. Ortabab alman müəllifləri ilə ortabab alman tənqidçiləri arasında münasibətlər aciz və xırdaçıdır. Və bu mənada sosialistik mətbuatla burjuaziya mətbuatı bir-birindən heç nəylə fərqlənmir.

Əsl şair üçün ortabab tənqidlə bu fikirsiz münasibət - felyeton maşınıyla olan təklifsiz münasibətdən pis, mundar heç nə yoxdur. Əsl tənqidçinin qarşısındakı, hətta ona açıq-aşkar düşmən və rəqib kimi dayansa da, o, hər zaman həmkarları kimi davranır. Əsl savadlı tənqidçi tərəfindən qəbul olunmaq və yüksək qiymət almaq, əsl həkimdən düzgün diaqnoz almaq kimidir. Bu, səriştəsizlərin boş və mənasız söhbətlərinə qulaq asmaq kimi deyil. Burada sən qorxa da bilərsən, inciyə də bilərsən, amma, sən bunu da biləcəksən ki, səni cidi qəbul edirlər, hətta diaqnoz ölüç hökmünə bərabər olsa belə. Axı ölüm hökmünə qəlbinin dərinliklərində heç də inanmırsan


MÖVZU SEÇİMİ BARƏSİNDƏ

"Mövzu seçimi" tənqidçilərin gündəlik danışdıqları söhbətdir. Hətta çoxları bunsuz yaşaya bilmirlər. Qəzetlərdə çalışan adi tənqidçi hər gün ona verilmiş mövzunu işləməlidir. O, müəllifə yaradıcılıq azadlığına, mövzu seçimi azadlığına görə hər zaman paxıllıq edir. Bundan başqa günəmuzd tənqidçi demək olar ki, ancaq, bayağı ədəbiyyatla, söz sənətinin imitasiyası ilə, yazıçı isə öz ürəyi istəyən mövzunu götürüb işləməklə məşğuldur. Lakin onun bu azadlığı da müəyyən mənada məhdudiyyətlidir. Yüngül janrın virtuozu hadisələrin yerini müəyyən edə bilər, məsələn, dəbə uyğun olaraq hadisələrin yerini Cənub qötbündən Misirə dəyişdirə bilər, idmançı və siyasətçi dəstələrini təsvir edib ictimai həyatın müxtəlif suallarını, haqqlarını, mənəviyyatlarını müzakirə edə bilər. Əgər poetik kontorlar və poetik idarə olsaydı biz buna gülərdik. Lakin mətbuatda yüzlərlə tənqidçinin çalışaraq öz əməkələri müqabilində pul almaqlarını normal hal hesab edib heç də təəccüblənmirik. Buna etiraz edilmir. Əsl anadangəlmə tənqidçilərəsə az-az təsadüf edilir. Tənqidin üsulları daha da təkmilləşir, peşə mükəməlləşir və artıq həqiqi verginin artması görünmür. Yüzlərlə tənqidçinin bütün ömürlərini əməyə sərf edib, müəyyən səviyyəyə qədər onun üsullarını öyrənməsini, lakin onun əsas məğzinə dərinliyinə çatmamısının şahidi oluruq. Bu həmin şeydi ki, biz yüzlərlə öz peşəsində istedadı olmamasına baxmayaraq, birtəhər bu işlə məşğul olan həkim və ya ticarətçiyə rast gəlirik. İşlərin bu cür olmasının xalqa bir ziyanı olub olmadığını bilmirəm. Almanlar kimi ədəbiyyata iddiasız olan bir xalqa tənqidçilərin və ya müəllimlərin sırasında proletariatların da olması az maraqlıdır.

Lakin tənqidin ziyanverici mexanizmindən asılılığı şairə çox ziyandır. Şairin tənqiddən qaçdığını düşünmək heç də düz deyul. Düzdür o hər bir canlı kimi sevilmək istəyir, lakin bununla yanaşı o həm də dərk edildiyini, qəbul olunduğunu duymaq istəyir. Hər bir əsl şair əsl tənqidə sevinir, ona görə yox ki, bu tənqiddən öz peşakarlığının inkişafı üçün nəsə öyrənəcək. Ona görə ki, tənqidçinin qeydlərində şairçün vacib olan düzəlişlər, izahlar var. Bu cür tənqidin hesabına şair özünü xalqın içində və öz yaradıcılığını xalqın mədəniyyətində görə bilir. O, öz yaradıcılığında qaranlıq və anlaşılmaz qalan ölü bir reallıqda olmaqdan azad olur. İstedadsız tənqidçilər (özünə tərədütlə yanaşdığından hər zaman aqressivdir. Və o dərindən hiss edə, anlaya bilmədikləri dəyərlərə şablon sözlərin köməyi ilə sadəcə üstdən yanaşaraq qiymət verir) şairləri təkəbbürlülükdə, tənqidə qarşı çox həssas olmaqda günahlandırır, intellektə qarşı düşmənçilik münasibətində olur. Belə təqdirdə də ən son günahsız oxucu çaş qalaraq, əsl şairi qəzetdə çalışan adi qafiyəçidən ayıra bilmir. Mən özüm dəfələrlə bucür ikinci dərəcəli tənqidçilərə müxtəlif faktlar və sübutlarla təsir göstərməyə çalışmışam ki, bəlkə onlar biraz düşünməyi öyrənərlər. Lakin heç bir dəfə də olsun mənəviyyat adına xeyirxah iş görən tənqidçi görmədim. Bu cür profesionalların cavabı belə olub: "Bizi rahat burax. Bu işə bu qədər ciddi yanaşma! Bir düşün, biz Allah işiğından belə məhrumuq. Bütün günü ləhnətlənmiş kimi işləyirik. Hər yazdığımızın məqalə üzərində ürəklə işləməyimiz bizə nə verəcək ki?" İkinci, üçüncü dərəcəli təndiqçilərsə öz işlərinə qarşı lap soyuqqanlı olduqlarından müəllifin ürək etirafları açılır. Və ən zəif hər hansı bir obrazı belə təsvir edə bilməyən, adi insan münasibətlərini ifadə edə bilməyən müəllif də dərk etmədən özünün "mən"ii ortaya qoyur.

Həqiqi bədii əsərdə mövzu seçimi ümumiyyətlə yoxdur. "Mövzu" - yəni əsərin baş qəhrəmanları, onların problemləri heç vaxt müəllif tərəfindən seçilmir. Əsərin məğzi, mövzusu müəllifin daxili dünyası, yaşadıqlarıdır. Müəllif əsərdə həyati vacib məsələni seçməyə də bilər, öz yaşadıqlarından yazmaya da bilər. Lakin o, "material-mövzu" seçimi ixtiyarında deyil. ÖZünün münasib bildiyi məzmuna xələf çıxa bilməz, çünki bu onun neyninin düşündüyü deyil, qəlbinin duyduğudur. Əlbətdə ki, əsl şairlər poeziyaya hökm etmək istəyib. Mövzu seçərək əsər yazmağa çalışmışlar. Bunun nəticəsi hər zaman qələm yoldaşlarına maraqlı olsa da, bu cür əsərlər ölüdoğulmuş sayılır.

Qısası əsl bədii əsərin müəllifinə sual versəniz ki, "Bəlkə əsəri başqa bir mövzuda yazardınız?" bu həkimin xəstəyə "Gərək siz ağciyər iltihabındansa, zökəm xəstəliyini seçərdiniz" deməsinə bənzəyəcək!

İNCƏSƏNƏTƏ QAÇIŞ

Tez-tez eşidirik ki, "rəssam həqiqətdən incəsənətə qaçmamalıdır."

Bunu necə başa düşmək olar? Axı niyə rəssam ondan qaçmalıdır?

Əgər buna rəssamın nəzər nöqtəsindən baxsaq, birinci növbədə həyatın çatışmamazlıqlarını doldurmaq üçün deyilmi? Öz aləmində əlçatmaz arzusuna çatmaq deyilmi? Həyatda mümkün olmayan ruhda sublimasiya etmək deyilmi?

Axı niyə göstərilmiş tələblər ancaq incəsənət adamalrına qoyulur? Niyə adi həkimdən, boksçudan və ya üzgüçüdən əvvəl öz şəxsi həyatındakı nöqsanları düzəldib sonra baıqa işlərin dalınca qaçıb, idman və xidmətdən zövq almağı tələb etmirlər? Həyatın incəsənətdən daha çətin olduğu üçün tənqidçilərin yəqin ki, aksiomdur.
Lakin bir çoxlarına nəzər salanda çox rəssamların hər zaman incəsənətdən həyata qaçdıqlarını görürük. Onlar aciz rəsmlər çəkir, aciz kitablar yazır, amma, çox gözəl insan, yaxşı evdar, xeyirxah ata əsl pətənpərvərdirlər.

Yox, mən hesab edirəm ki, əgər insan rəssamdırsa, o, öz mübarizəsini aparmalı, qəhramanını peşəsinin tələb etdiyi yerdə qoymalıdır. Düşünürəm ki, "şair yaradıcılığının mükəməlliyi, onun şəxsi həyatında verdiyi qurbanlar hesabına olur" fikrinin altında bir çox həqiqətlər var. İncəsənətin nəyinsə bolluğundan, xoşbəxtlikdən, harmomiya və rahatçılıqdan doğulduğunu iddia etmək axmaqlıqdır. Əgər insanı bütün başqa nailiyyətləri tələbatlardan, vacibiyyatdan yaranırsa, bəs incəsənət müstəsna olmadır ki?

KEÇMİŞƏ QAÇMAQ

Mühüm tənqidlə töhmət edilmiş bir başqa "qaçış" isə keçmişə qaçışdır. Yazıçı dəbdən, idmandan olan oçerklərə bənzəməyən nəsə yazanda, anlıq məsələlərə deyil, dünyəvi məsələlərə toxunanda, tarixi dövrlərdən və ya zamanın hüdudlarından kənar bədii aləmdən yazanda, onu mütləq öz dövründə qaçmaqda itiham edirlər. Bax elə bu cür Höte də frankfurt və veymar ailələrinin həyatından, problemlərindənsə "Hes"in və "İfiqeniya"nın dünyasına qaçış edirdi.
1930

Ədəbiyyat və tənqid haqqında qeydlər  | MANERA.AZ Rus dilindən tərcümə etdi: XANIM AYDIN
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031