manera.az
manera.az

Bu gəncin beynində həm şiş var, həm də diş...

📅 26.03.2018 11:17

Bu gəncin beynində həm şiş var, həm də diş...
Türkiyənin Sinop şəhərində bir nəfər 26 ildir beynindəki dişlə yaşayır.

MANERA.AZ Anadolu agentliyinə istinadla xəbər verir ki, Dəniz Mizraqlı adlı bir musiqiçi 4 il əvvəl səhhəti ilə bağlı xəstəxanaya müraciət edərkən beynində bir şiş və diş olduğu məlum olub.

Həmin şəxsin beynindəki şiş əməliyyatla götürülsə də, diş hələ də qalmaqdadır. Buna səbəb həkimlərin beyindəki dişin götürülməsindən sonra yaranan fəsadlardan ehtiyat etməsidir. Belə ki, hələ ana rəhmindəykən D.Mizraqlının beynində əmələ gələn dişin əməliyyatla xaric edilməsi nəticəsində gəncin görmə, danışma və hərəkət etmədən məhrum olma təhlükəsi var. Şişin xaric edilməsindən sonra özünü yaxşı hiss etdiyini deyən musiqiçi risk səbəbindən dişin götürülməsinə etiraz edib.

Həkimlər nadir də olsa, tibdə bu cür hadisələrə rast gəlindiyini vurğulayıblar.


Baxış sayı - 1 190 | Yüklənmə tarixi: 26.03.2018 11:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031