manera.az
manera.az

Tarix Muzeyində Cümhuriyyət dövrünə aid xalça

Tarix Muzeyində Cümhuriyyət dövrünə aid xalça
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid etnoqrafik xalça mühafizə edilir.

MANERA.AZ xəbər verir ki, Qarabağ xalça məktəbinə məxsus xalça 1918-ci ildə Azərbaycan hökumətinin dəvəti ilə bolşevik-daşnak qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımın qarşısını almaq üçün gələn türk ordusuna minnətdarlıq əlaməti olaraq toxunub.

Xalça 1916-cı ildə çəkilmiş bir fotoşəkil əsasında hazırlanıb. Fotoşəkil xalçanın əsas mərkəzi hissəsinə həkk olunub. Üzərindəki mətnə əsasən isə “Cənabi-möhtərəm Ənvər bəy əfəndi”, “Cənab Şevkət Paşa həzrətləri”, “Cənab Yusif İzzətdin” və “Sultan V Məhəmməd Rəşad xan həzrətləri”nin fotoşəkilləri verilib.

Xalçanın haşiyələrindən birinə fars dilində yazılmış şeir, digər haşiyədə isə Qarabağın məşhur nəlbəkigülü toxunub.

Muzeydən bildirilib ki, xalça Azərbaycan etnoqrafiyasının və XX əsrin əvvəllərində Azərbaycan–Osmanlı əlaqələrinin tədqiqi üçün əhəmiyyətli mənbədir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031