manera.az
manera.az

Yeni xalça fabriki tikilir… | MANERA.AZ

📅 09.08.2016 14:07

Yeni  xalça fabriki tikilir… | MANERA.AZ

“Azərxalça” ASC İsmayıllı üçün xarakterik olan bu gəlirli sənət növünün sənaye əsasında istehsalının təşkili məqsədilə şəhərin Əfzələddin Xaqani küçəsində yeni fabrik tikintisinə başlayıb

Manera.az xəbər verir ki, dövlət investisiya qoyuluşu ilə başa gələcək obyekt üçün 0,48 hektar torpaq sahəsi ayrılıb.

Bunun 1204 kvadratmetri tikinti altına gedəcək. Toxuçuluq zalı 440 kvadratmetrdən ibarət olacaq. Layihədə müasir sərgi və konfrans salonları, yeməkxana, digər məişət obyektləri də nəzərdə tutulub.

Fabrikdə 170 nəfər xalçaçı özünə daimi iş yeri tapacaq.

Bu da dövlətin vətəndaşların sosial-iqtisadi həyatını daha da yaxşılaşdırmaq naminə həyata keçirdiyi çox səmərəli tədbirlərdən biridir.

Elnarə Günəş,
MANERA.AZ


Baxış sayı - 1 926 | Yüklənmə tarixi: 09.08.2016 14:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930