manera.az
manera.az

Dünyada ilk ipək "Qurani-Kərim" kitabı

📅 16.12.2017 07:36

Dünyada ilk ipək "Qurani-Kərim" kitabı
Dekabrın 15-də "Azərkitab" Kitab Təbliğatı Mərkəzində "İpəkdə yaşayan izlər - 55" adlı sərgi çərçivəsində dünyada ilk ipək kitab "Qurani-Kərim"in təqdimatı olub.

MANERA.AZ xəbər verir ki, 3 ilə hazırlanan "Qurani-Kərim" kitabında surələr qara şəffaf ipək üzərində qızılı və gümüşü boyalarla yazılıb.

Sərginin açılış mərasimində çıxış edən ilk ipək kitabın müəllifi gənc rəssam Tünzalə Məmmədzadə bildirib ki, kitabın ölçüsü 29 x 33 sm-dir.

İpək kitabın hazırlanmasında 50 metr parçadan, üz qabığında isə dəridən istifadə olunub. Kitab 614 səhifədən ibarətdir.


Baxış sayı - 1 691 | Yüklənmə tarixi: 16.12.2017 07:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031