manera.az
manera.az

Musiqili Teatrda “Qoğalın Yeni İl macərası”

📅 11.12.2017 23:37

Musiqili Teatrda “Qoğalın Yeni İl macərası”
Dekabrın 29-da Azərbaycan Dövlət Musiqili Teatrında “Qoğalın Yeni İl macərası” adlı Azərbaycan və rus dillərində tamaşa göstəriləcək.

MANERA.AZ xəbər verir ki, tamaşanın quruluşçu-rejissoru Elməddin Dadaşovdur.

Səhnə əsərində balaca tamaşaçılar əyri pəncə Ayı, şələquyruq Tülkü, müftə yem axtaran tənbəl Canavar, qoçaq Dovşan və başqa meşə sakinlərinin Qoğalla macəralarını izləyə biləcəklər. 29 dekabrdan etibarən hər gün dörd senasın keçirilməsi nəzərdə tutulur. Tamaşalar saat 10.30, 12.30, 14.30 və 16.30-da baş tutacaq.

Tamaşada rolları Əməkdar artist Novruz Qartal, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Elnarə Nağdəliyeva, Elçin İmanov, Gülnarə Əzizova, Pərvin Dadaşova, Ruslan Mürsəlov, Eleanora Mehdiyeva, Fərid Rzayev, Əmrah Dadaşov, Atəş Qarayev, Güldanə Əzimova və Mehriban Rəcəbova ifa edirlər.

Qeyd edək ki, rus bölməsi tərəfindən hazırlanan “Qoğalın Yeni İl macərası” nağıl-tamaşasının quruluşçu-rejissoru isə Əhəd Hacıyevdır. Səhnə əsərində rolları Əməkdar artistlər Boris Qrafkin, Svetlana Bulax, Anton Ferştandt, aktyorlar Marina Litvinenko, Firuz Məmmədov, Nadejda Povelitsina, Emil Heydərov, Gülnarə Əzizova, Rauf Babayev, Telnaz Hüseynova, Yulia Heydərova, Pərviz Məmmədov və Eleanora Mehdiyeva ifa edirlər.

Azərbaycan Dövlət Musiqili Teatrı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn 2018-ci il – Yeni İl Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərək, hər kəsi Yeni İli teatrda birlikdə qarşılamağa dəvət edir.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.


Baxış sayı - 1 319 | Yüklənmə tarixi: 11.12.2017 23:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031