manera.az
manera.az

“Ağ ayaqqabı” şeirlər kitabı təqdim olunub - MANERA.AZ

📅 14.12.2015 11:02

“Ağ ayaqqabı” şeirlər kitabı  təqdim olunub - MANERA.AZ
manera.az
Bu gün imzasını oxuculara sevdirmək üçün səy göstərənlərdən biri də şairə Mətanət Ulu Şirvanlıdır. Onun Azərbaycan Yazıçılar Birliyinin “aybKitab” layihəsi çərçivəsində nəşr olunan yeni “Ağ ayaqqabı” şeirlər kitabı da məhz bu istəkdən yoğurulub.

“Mütərcim” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunan bu kitab müəllifin oxucularla sayca yeddinci görüşüdür. “Qızıl qələm” mükafatı laureatı M.Ulu Şirvanlının şeirlərində fəlsəfi düşüncələr diqqəti daha çox cəlb edir. Kitabda toplanan poeziya nümunələrinin müxtəlif illərdə yazılmasına baxmayaraq, onları bir mühüm cəhət – yeni üslub və ifadə tərzi birləşdirir.

Vətən sevgisi, el-obaya, torpağa bağlılıq kitabdakı şeirlərin əsas qayəsidir. Lakin bu şeirlərdə poeziyanın əbədiyaşar məhəbbət mövzusu da unudulmur. Onun şeirlərində bəşəri-dünyəvi hisslərə bağlılıq aydın hiss olunur. Bu mənada Mətanət Ulu Şirvanlını hiss və duyğular şairi adlandırmaq olar.


Baxış sayı - 1 521 | Yüklənmə tarixi: 14.12.2015 11:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031