manera.az
manera.az

Rəşid Bərgüşadlı müsabiqə elan etdi...- Qalibi özü seçəcək

📅 24.09.2017 20:53

Rəşid Bərgüşadlı müsabiqə elan etdi...- Qalibi özü seçəcək
Bu gün 23 ildən sonra müharibə dostlarımla görüşdüm. Bizim o vaxtkı pulemyotçu Samir indiyədək bilmədiyimiz bir hekayəsini danışdı, - “Evimizə zəng vurdum: Ata, evə qayıdıram, amma tək deyiləm. Döyüş yoldaşımı da özümlə gətirirəm. Amma bəribaşdan bilmənizi istəyirəm, o, minaya düşüb, bir qolunu və dizdən aşağı bir ayağını itirib. Onun bu halda gedəcək yeri yoxdur. Əgər istəyirsinizsə mən sizinlə birlikdə yaşayım, onu da öz övladınız kimi qəbul edin. Yoxsa”... "Mövzu məni elə tutdu ki, bunu bədiiləşdirmək bir qələmin işi deyildi və ona görə də ədəbi müsabiqə elan etmək ehtiyacı duydum."

Bu sözləri Manera.az-a açıqlamasında yazıçı Rəşid Bərgüşadlı deyib

. Yazıçının sözlərinə görə, elan olunan hekayə müsabiqəsinin mövzusu "Müharibə və insan", münsifsə Rəşid Bərgüşadlının özüdür.

O mətnləri oxucularla birlikdə seçəcək.

Qalib mətnin müəllifinə mükafat olaraq 500 (beş yüz) manat pul veriləcək.

Mükafatlandırma mərasimi 05 yanvar 2018-ci il tarixində olacaq.

Qeyd edək ki, mətnlər kubatly@mail.ru ünvanında qəbul olunur.


Baxış sayı - 2 092 | Yüklənmə tarixi: 24.09.2017 20:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031