manera.az
manera.az

“Mustafa Kamal Atatürk. Zəfər sirləri” - Yeni nəşr

📅 27.08.2017 15:44

“Mustafa Kamal Atatürk. Zəfər sirləri” - Yeni nəşr
“Elm və təhsil” nəşriyyatında Azərbaycanda Atatürk Mərkəzinin dəstəyi ilə “Mustafa Kamal Atatürk. Zəfər sirləri” kitabı çapdan çıxıb.

Mərkəzin əməkdaşı, filoloq Zülfiyyə Mehdiyevanın yazdığı kitab Türkiyə Respublikasının qurucusu və 1923-cü ildən 1938-ci ilə qədər ilk prezidenti olmuş Mustafa Kamal Atatürk haqqındadır. Kitabda Mustafa Kamalın inqilabları, yazdığı əsərlər, geyim stili, çıxışları, məşhur sözləri, qatıldığı müharibələr, çıxardığı qəzetlər, dostları, ailəsi və s. haqqında geniş məlumatlar dərc olunub. Əsərdə böyük Atatürkün zəfərə gedən yolda uğur və müvəffəqiyyət sirlərindən bəhs edilir.

Kitabın elmi redaktoru, akademik Nizami Cəfərov, redaktoru Dəyanət Osmanlıdır.


Baxış sayı - 1 648 | Yüklənmə tarixi: 27.08.2017 15:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930