manera.az
manera.az

“Romen” mövsümü “Biz qaraçılarıq” tamaşası ilə açacaq

📅 18.08.2017 12:45

“Romen”   mövsümü “Biz qaraçılarıq” tamaşası ilə açacaq
“Romen” Qaraçı Musiqili Dram Teatrı 86-cı mövsümü avqustun 19-da “Biz qaraçılarıq” musiqili tamaşası ilə açacaq.

MANERA.AZ xəbər verir ki, tamaşanın müəllifləri – teatrın əsasını qoyan İvan Rom-Lebedov, bədii rəhbəri Nikolay Sliçenkodur. Əsərdə qaraçı xalqının qədim Hindistan və Misirdən tutmuş Rusiyanın geniş ərazilərinədək yayılmasından bəhs edilir. Tamaşada süjet deyil, xalqın mədəniyyəti, o cümlədən musiqisi, rəqsləri əsas yer tutur.

Hazırda “Biz qaraçılarıq” tamaşası “Romen” Qaraçı Musiqili Dram Teatrının bədii rəhbəri, SSRİ Xalq Artisti Nikolay Sliçenkonun səhnəyə çıxdığı yeganə tamaşadır.


Baxış sayı - 1 041 | Yüklənmə tarixi: 18.08.2017 12:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031