manera.az
manera.az

"Qonaqlıq ədəbiyyatı” - Səxavət Sahildən satirik yazı |MANERA.AZ

"Qonaqlıq ədəbiyyatı”  - Səxavət Sahildən satirik yazı  |MANERA.AZ
Manera.az artkaspi.az-a istinadən Səxavət Sahilin ədəbi mühit qəhrəmanları haqqında qələmə aldığı "Qonaqlıq ədəbiyyatı” adlı satirik yazısını təqdim edir:

I
– Alo, müəllim, bağışlayın narahat edirəm, necəsiniz?
– Yaxşılıqdı, kimdi ki?
– Qulu müəllim, üzr istəyirəm, işiniz varsa sonra...
– Yox, sözünü de, ta zəng eləyibsən, de görüm kimdi?
– Üzr istəyirəm, Sevdimalıdı, gənc yazar, demişdiniz ki, 5-ci günü, 5-dən sonra zəng edərsiniz, bəlkə işiniz var, narahat eləmədim ki?
– Hə, bala, sənsən, demişəmsə yaxşı vurubsan?
– Çox sağ olun, Allah razı olsun, minnətdaram, var olun!
– Nəsə işin var mənimlə, yoxsa elə-belə zəng eləyibsən, görüşmək istəyirsən?
– Qulu müəllim, "Şedevr” jurnalında çıxan romanınızı oxudum, təsirlənmişəm, çox mükəmməl romandı, inanın ki, son vaxtlar belə əsər oxumamışdım, romanın qəhrəmanı olan ac-yalavac obrazı məni əməli-başlı silkələdi, onun ömrünün sonuna qədər işsiz qalması çox kədərliydi. Romanda...
– Oğlum, gözlə mən zəng edim, konturun getməsin.
– Yox, narahat olmayın, indicə 5 manatlıq yükləmişəm...
– Gözlə.
– Hələ cavansan, həm də işləmirsən, deyərdin, kontur göndərərdim də. Hə danış, oğlum.
– Romanda dərin psixologizm var, obrazın həyatın dibində olması, cəmiyyətlə mübarizə aparması əsl yazıçı qələminin məhsuludur. Sizin romanlarınıza heyranam, məncə, dünyaya çıxarılası əsərlərdi. Bu barədə yazı yazmışam, bəzi suallarım da var sizə.
– Çox sağ ol, oğlum, sən yaxşı oğlansan buna söz yox, həm də yaxşı, diqqətli oxucusan, çox ciddi məqamları tuta bilibsən. Təfəkkürün aydındı, halal olsun sənə. Mənə bax gör nə deyirəm, indi hardasan, bəlkə çay içək, inan ki, kabinetdə otura bilmirəm, havam çatmır, həm də o dediyin yazını bir yerdə oxuyaq, düzəlişlər edək. Nə deyirsən, vaxtın olar yəqin, hansı tərəfdəsən?
– Hə, Qulu, müəllim, elə bir işim yoxdu, bekarçılıqdı, "20 yanvar” tərəfdəyəm.
– Gör nə deyirəm, "Şamaxinka”da "Borçalı” kafesi var, gedirsən ora, orda bir oğlan var, sənin kimi yaxşı bir oğlandı, ona de ki, Qulu müəllimin qonağıyam, sonrasıyla işin yoxdu. Orda xudmani bir kabinetim var, mən gəlincə oturarsan orda, meylin nə çəksə sifariş elə, utanma, sən də mənim oğlum. İndi 6-ya işləyib, mən də 6-dan sonra çıxacam, tək darıxarsan, istəsən özün kimi qanacaqlı, mərifətli gənc yazarlardan birini çağır gəlsin, amma yazdıqlarımı oxuyan olsun ki, söhbətimizə qoşula bilsin. Bir də de, özü biləcək, mənim arağım da var, onu da soyuducuya qoysun gəlirəm.

II

– Qulu müəllim, eşq olsun! Salam, böyük sənətkar!
– Ha-ha-ha-ha-ha...
– Vallah böyük sənətkarsınız! Qələminizə heyranam!
– Ha-ha-ha-ha-ha... Ə dayan görək, yenə nə əcəb axşam-axşam?
– Qulu müəllim, günorta "facebook”da rast gəldim, bilmirəm, kimsə paylaşmışdı, "kasıblıq” hekayənizi bir də oxudum, sadəcə möhtəşəmdi.
– Qoy, mən zəng eləyim, konturun getməsin.
– Hə danış, danış, sən yaxşı danışırsan.
– İnanın mənə, səmimi deyirəm, o hekayəni dəfələrlə oxumuşam, amma axırını "tuta” bilməmişdim. Yenə deyirəm, adamı yerindən oynadır, sonluğun əla tapıbsınız!
– Ha-ha-ha-ha-ha... Bəs nə bilmişdin, sizin kimi gündə birini yazmıram ki, sən dediyin o sonluğu üç aya tapmışam, gecə yatmışdım, qəfil ağlıma gəldi.
– Qulu müəllim, axırda uşaqlar əllərini göyə açır e, göydən yağan ulduzlar uşaqların əllərində qar kimi əriyir e, bax orasını deyirəm, necə möhtəşəm alınıb, əsl milli postmodernizimdi. Eşq olsun sizə! Bayaqdan yazar dostlarla o hekayəni müzakirə edirik. İzaholunmazdı, qəribə enerjisi var hekayənin, adamı əsarətində saxlayır, buraxmır.
– Ə harda oturubsuz, bəlkə durum gəlim, nə iş görürsüz?
– Heç nə bekarçılıqdı, çay içirdik.
– Ayə, bekarçılıqdan bir şey çıxmaz, durun gəlin "Şamaxinka”dakı "Borçalı” kafesinə, bir tikə çörək yeyək, sürücüm gəlsin, mən də çıxıram. Eşit, gör nə deyirəm, öyrən gör "facebook”da hekayəmi paylaşan kimiydi elə, onu da tap, çağır gəlsin. Mənə bax, gör nə deyirəm, axşamlar zəng eləyən çox olur, bu nömrəmi bağlayacam, təzə nömrəmi bilirsən də, "3-ün kruqu”na çatanda zəng elə, deyim stolu hazırlasınlar ki, gələn kimi başlayaq.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930