ÜMİD YAŞAR OĞUZCAN
Türkcədən çevirən:Turan Etibaroğlu
ÜMİD
Bəli de
Bütün hünərimi göstərim
Sənə
Gör, bir kilo rakını necə içirlər,
Necə şeir qoşurlar ac qarına
Necə yaşayırlar,
Necə sevirlər,
Öyrən.
Sənə bir il yaşatdığım bir gündə
Əvvəl bəli söylə,
Qoy ümidlənim
İstəsən sonra xeyir de.
MƏNİ UNUTMA
Elə gün gəlir ki, unudur insan
Ən sevdiyi xatirələri belə.
Barı sən hər gecə yorğun səsiyilə
Saat on ikini vurduğu zaman
Məni unutma.
Çünki mən hər gecə o saatlarda
Səni yaşayıram səni anıram.
Xəyal içində pərişan gəzirəm
Sən də qaranlığın susduğu yerdə
Məni unutma...
O saatlarda səpilir gülüşün
Bir ovuç su kimi içimə, ey yar.
Sənin də başında o çılğın külək
Dəli-dəli əsərsə bir gün
Məni unutma...
Mən ayağımda çarıq,əlimdə əsa
Sənin üçün bu yollara düşmüşəm
İllər sonra sənə dönməyim
Bir məhşər gününə rastlasa da
Məni untma.
Hələ solmayıbsa yaşıl paltarın
Onu bir gün mənim üçün gey.
Saxsıdakı pənbə qərənfildə şeh
Və bağçanda yorğun bir quş görsən
Məni unutma...
Böyük acılara tutuşduğum gün
Çox uzaqlarda da olsan yenə gəl.
Ölürmüşcəsinə sevdiyinə gəl,
Nə olar Tanrıya qovuşduğum gün
Məni Unutma
ÜSTÜMƏ GƏLMƏ, İSTANBUL
Sənə gəldim,içim ümidlərlə dolu
Məni sərxoş etmə, İstanbul, nə olar.
Bir gün əriyərəm küçələrində
Çürüyər sümüyüm,adım unudular.
Yenə sən qalarsan dimdik və isti,
Göyün,buludların, dənizin qalar.
Oynama, İstanbul, mənimlə oynama,
Bir gün öldürər məni bu dərd,bu qəhər.
Əzilmiş əllərimin arasında başım,
Bu yer üzündə başqa çarəm qalmayıb.
Elə gəlib qapılarına dayanmışam,
Qarşında yıxılmış bir divar kimiyəm.
Məni sərxoş etmə,başım fırlanır,
Üstümə gəlmə İstanbul, kədərliyəm
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.