manera.az
manera.az

Heydər Əliyev Mərkəzində “Türk Dünyası Həftəsi”nin rəsmi açılış mərasimi keçirilib

📅 29.06.2026 12:41



Elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilib.

İyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə gerçəkləşir.

Heydər Əliyev Mərkəzində həftənin əsas tədbiri – “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqresin rəsmi açılış mərasimi keçirilib.

Konqresdə türk respublikaları daxil olmaqla ümumilikdə 20 ölkədən rəsmilər, müxtəlif elmi mərkəzlərdən 126 nəfər türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarından nümayəndələr iştirak edirlər.

Əvvəlcə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konqres iştirakçılarına müraciətini səsləndirib.

Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevin, Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetaliyev Prezident Sadır Japarovun, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazqı Prezident Rəcəb Tayyib Ərdoğanın, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov Prezident Şavkat Mirziyoyevin müraciətlərini diqqətə çatdırıblar.


Baxış sayı - 14 | Yüklənmə tarixi: 29.06.2026 12:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930