manera.az
manera.az

Nazir: Mədəniyyət Konsepsiyasının əsas məqsədi mədəniyyətə əlçatanlığın təmin edilməsidir

📅 10.06.2026 09:27

Nazir: Mədəniyyət Konsepsiyasının əsas məqsədi mədəniyyətə əlçatanlığın təmin edilməsidir
Mədəniyyət Konsepsiyasının əsas məqsədi mədəniyyətə əlçatanlığın təmin edilməsidir, inklüzivlik məsələsidir. Təsisatların inklüzivliyi xüsusilə önəmlidir.

Manera.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli iyunun 10-da Milli Məclisdə keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.

“Buna görə də həm infrastrukturun, həm də kadr potensialının gücləndirilməsi və fondların zənginləşdirilməsi önəmlidir. Məzmunla bağlı ciddi mövzular var. Məzmun yaradan sistemə daha çox diqqət yetirməliyik. Eyni zamanda, cəmiyyətdə kitaba olan həvəsin, yanaşmanın, oxu mədəniyyətinin formalaşdırılması mühüm məsələdir.


Baxış sayı - 547 | Yüklənmə tarixi: 10.06.2026 09:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30