manera.az
manera.az

Lisey və gimnaziyalara qəbul başlayır

📅 08.06.2026 13:06

Lisey və gimnaziyalara qəbul başlayır
2026-2027-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən bir sıra lisey və gimnaziyaların 7-ci sinfinə qəbul prosesi başlayır.

Bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, qeydiyyat 9 – 19 iyun tarixlərində aparılacaq. Qeydiyyatdan keçmək üçün valideynlər (və ya qanuni nümayəndələr) şəxsi kabinetlərində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq öncə “Mərkəzi imtahanla qəbul” düyməsini, sonra isə imtahan keçiriləcək mərkəzi və müvafiq məlumatları seçməlidirlər.

Qeyd edək ki, şagird qəbulu mərkəzləşdirilmiş imtahan əsasında həyata keçiriləcək. İmtahanda şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən müxtəlif tipli suallar təqdim edilir. Müvafiq bal toplayan şagirdlər seçim mərhələsinə buraxılır. Qəbul olunan şagirdlər üçün sistemdə avtomatik sorğular yaradılır və sənəd qəbulu prosesi aparılır. Lisey seçimi 2 mərhələdə, ehtiyac olduqda isə 3 mərhələdə həyata keçirilir.


Baxış sayı - 386 | Yüklənmə tarixi: 08.06.2026 13:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031