manera.az
manera.az

Rüstəm Behrudinin yeni kitabının təqdimatı olub

📅 25.01.2026 18:03

Rüstəm Behrudinin yeni kitabının təqdimatı olub
Yanvarın 23-də Bakı Kitab Mərkəzində Azərbaycan şairi Rüstəm Behrudinin “Sənin gözlədiyin qərib türk mənəm” adlı kitabının təqdimatı keçirilib.

MANERA.AZ xəbər verir ki, tanınmış ədəbiyyat və mədəniyyət xadimlərini, oxucuları və şairin yaradıcılığının pərəstişkarlarını bir araya gətirən təqdimat mərasimi böyük maraqla qarşılanıb.

Tədbirdə Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Dillər Universitetinin rektoru Kəmal Abdulla, alim Rafiq Əliyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, eləcə də digər tanınmış çıxışçılar və xarici qonaqlar kitab haqqında fikirlərini bölüşüb, Rüstəm Behrudinin poeziyasının xüsusiyyətlərindən söz açıblar.

Təqdimatın bədii hissəsi də xüsusi ovqat yaradıb. Xalq artisti Alim Qasımovun və tanınmış sənətçi, əslən Güney Azərbaycandan olan Araz Elsəsin ifaları dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Tədbirin sonunda şair qonaqlar üçün kitabını imzalayıb.



Baxış sayı - 561 | Yüklənmə tarixi: 25.01.2026 18:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31