manera.az
manera.az

Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin edilib

📅 21.12.2025 19:43

Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin edilib
İlqar Bayramlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin edilib.

MANERA.AZ xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Qeyd edək ki, İlqar Bayramlı 1992-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində ali təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 1997–2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda iqtisadi-riyazi üsullar ixtisası üzrə aspirantura təhsili alıb.

2003-cü ildə Azərbaycan Ali Hərbi Məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayan İ.Bayramlı sonradan müxtəlif vəzifələrdə çalışıb. 2022–2025-ci illərdə Elm və Təhsil Nazirliyində Təhsilin iqtisadiyyatı şöbəsində əvvəlcə müdir müavini, daha sonra şöbə müdiri, 2025-ci ilin sentyabr–dekabr aylarında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edib.


Baxış sayı - 340 | Yüklənmə tarixi: 21.12.2025 19:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31