manera.az
manera.az

Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı oldu

📅 21.12.2025 17:20

Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı oldu
Yazıçı Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub.

MANERA.AZ xəbər verir ki, təqdimat Nizami Kino Mərkəzində keçirilib.

Təqdimatda tanınmış ədəbiyyat adamları, media simaları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təqdimatın moderatoru tanınmış şair, “Park” Nəşriyyatının təsisçisi Şəhriyar del Gerani nəşriyyatın yeni kitabı barədə fikirlərini dilə gətirib və Nadir Yalçının yaradıcılığı barədə fikirlərini bölüşüb.

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, Əməkdar elm xadimi Tehran Əlişanoğlu, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadə, “Qanun” Nəşriyyatının baş redaktoru, yazıçı Şərif Ağayar, yazıçılar Mübariz Örən, İlham Əziz, şair Zahir Əzəmət çıxış edərək Nadir Yalçının nəsrlə yanaşı uğurlu poeziya nümunələrindən, onun hekayələrindəki struktur, dil və mövzu məsələlərinin məziyyətlərindən söhbət açıblar.

Sonda müəllif bütün tədbir iştirakçılarına minnətdarlığını bildirib və oxucular üçün kitab imzalayıb.

Qeyd edək ki, kitab “Park” Nəşriyyatında işıq üzü görüb. Nəşrin redaktoru Vüqar Van, korrektoru Nihat Pir, qapaq dizaynının müəllifi isə Rəsul Həsəndir.

Kitab yaxın günlərdə kitab dükanlarında satışda olacaq.










Baxış sayı - 237 | Yüklənmə tarixi: 21.12.2025 17:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031